Partlayış nəticəsində 78 nəfər ölüb, 4 mindən çox yaralı var
Tarix: 05-08-2020 08:52 | Bölmə: Dünya / Xəbərlər
Partlayış nəticəsində 78 nəfər ölüb, 4 mindən çox yaralı var

Beyrut limanında baş verən güclü partlayış nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb. Reyting.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı Livanın Səhiyyə Nazirliyinə istinadla məlumat yayıb.

Telekanal xəbər verir ki, partlayış nəticəsində 4 mindən çox insan yaralanıb.

Livan hakimiyyəti itkin düşmüş insanların çox olması səbəbiylə qurbanların sayının artacağını gözləyir. Çökən binaların dağıntıları altında qalan cəsədlərin çıxarılması davam edir.

Qeyd edək ki, Çərşənbə axşamı axşam saatlarında Beyrut liman bölgəsində güclü partlayış baş verib. Nəticədə şəhərin binalarının yarısı xarab olub, xəstəxanalar yaralananlarla dolub.

Livanın Baş naziri Həsən Diyab deyib ki, limanda altı il ərzində 2,750 ton ammonium nitratı saxlanılıb və partlayışa səbəb bu maddənin düzgün saxlanmamasıdır.

Onu da qeyd edək ki, partlayış nəticəsində ölü sayının artacağı gözlənilir.




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}