21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Avropa Navalnı ilə bağlı araşdırmanı vacib sayır
Tarix: 25-08-2020 08:46 | Bölmə: Dünya / Xəbərlər
Avropa Navalnı ilə bağlı araşdırmanı vacib sayır

Avropa İttifaqı Rusiyanın müxalifət lideri Aleksey Navalnının zəhərlənməsi ehtimalı ilə əlaqədar vəziyyətin dərhal və şəffaf şəkildə araşdırılmasını istəyir.

“RİA Novosti” xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Josep Borrelin açıqlamasında deyilir ki, Rusiya hakimiyyətinin dərhal müstəqil və şəffaf şəkildə araşdırmalara başlaması vacibdir.

Borrelin sözlərinə görə, dünyada və Rusiya Federasiyasında faktları bilmək istəyirlər.

Borrel qeyd edib ki, Berlindəki “Charite” xəstəxanasında götürülən ilkin analiz nəticələri A. Navalnının zəhərləndiyini göstərir. “Navalnının müalicəsi üçün xəstəxanaya minnətdarıq və onun tez sağalmasını arzulayırıq”, - sənəddə belə deyilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər