16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Ukraynada hərbi təyyarə qəzaya uğrayıb - 22 nəfər həlak olub
Tarix: 25-09-2020 23:37 | Bölmə: Dünya
Ukraynada hərbi təyyarə qəzaya uğrayıb - 22 nəfər həlak olub

Ukraynada təyyarə qəzası baş verib.

"Strana" nəşri xəbər verir ki, hadisə Xarkov əyalətində qeydə alınıb. Çuquev rayonunda yerli vaxtla saat 20:45-də "An-26" hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin və yaralıların olduğu bildirilir.

Məlumata görə, Xarkov Hava Qüvvələri Universiteti kursantlarını daşıyan hərbi təyyarə eniş etmək istəyərkən Rostov magistral yolunun yaxınlığında qəzaya uğrayıb.

Ukraynanın Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə zamanı təyyarədə 28 nəfər - 7 nəfər heyət üzvü, 21 nəfər kursant olub. Onlardan 20-i həlak olub. Qeyd edilir ki, hadisə zamanı daha 2 nəfər ağır xəsarət alıb.

Xarkov əyalətinin qubernatoru Aleksey Kuçer isə bildirib ki, hadisə zamanı 22 nəfər həlak olub.

Sabah Ukrayna Prezidenti Vladimir Zelenski hadisənin baş verdiyi yerə gedəcək. Dövlət başçısı sosial şəbəkədəki hesabında bildirib ki, faciənin başvermə şəraiti və səbəbini araşdırmaq üçün komissiya yaradılacaq. O, bununla bağlı Baş nazirə tapşırıq verib. "Hadisə yerində axtarış komandası işləyir. Sabah Xarkov əyalətində olacam", - dövlət başçısı "Telegram"dakı hesabında yazıb/Report




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}