Rusiya daha bir beynəlxalq təşkilatdan kənarlaşıb
Tarix: 10-06-2022 23:40 | Bölmə: Dünya
Rusiya daha bir beynəlxalq təşkilatdan kənarlaşıb

Rusiya Federasiyası Hökuməti Xarici İşlər Nazirliyinin bu ölkənin Ümumdünya Turizm Təşkilatından çıxması ilə bağlı təklifini qəbul edib.

Reyting.az
-ın məlumatına görə, müvafiq sərəncam bu gün rəsmi hüquq-informasiya internet portalında dərc edilib.

Aprelin 27-də Rusiya fəaliyyəti siyasiləşdirdiyinə görə Ümumdünya Turizm Təşkilatından (ÜTT) çıxmaq niyyətini açıqlayıb.

Elə həmin gün ÜTT Baş Assambleyası növbədənkənar iclası zamanı Ukraynaya davam edən hərbi hücumla əlaqədar Rusiyanın üzvlüyünün dayandırılması barədə qərar qəbul edib.

Qeyd edək ki, Rusiya 1991-ci ildən SSRİ-nin hüquqi varisi kimi ÜTT-də iştirak edirdi.(APA)




Bölməyə aid digər xəbərlər