Əli Əsədov Türkmənistanda işgüzar səfərdədir
Tarix: 11-12-2025 16:03 | Bölmə: Gündəm

Əli Əsədov Türkmənistanda işgüzar səfərdədir

Bu gün Azərbaycanın baş nazir Əli Əsədov Türkmənistana işgüzar səfər edib.

Reyting.az xəbər verir ki, bunu Nazirlər Kabinetindən bildiriblər.

Aşqabad Beynəlxalq Aeroportunda Əli Əsədovu Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Mammetxan Çakıyev və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, Ə. Əsədov Türkmənistanın daimi bitərəfliyinin tanınmasının 30-cu ildönümü ilə bağlı keçirilən tədbirlərdə iştirak edəcək.





Bölməyə aid digər xəbərlər