Qarabağın daha üç kəndinə köç karvanı gedib - (Yenilənib)
Tarix: 11-12-2025 14:19 | Bölmə: Slayd

Qarabağın daha üç kəndinə köç karvanı gedib - (Yenilənib)

Qarabağın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış davam edir. Bu mərhələdə Xocalı rayonunun Şuşakənd, Ballıca və Badara kəndlərinə növbəti köç karvanları yola düşüb.

Reyting.az xəbər verir ki, Şuşakəndə 14 (51 nəfər), Ballıcaya 9 (38 nəfər) və Badaraya 6 ailə (18 nəfər) köçürülür.

Bununla Şuşakəndə 93 (341 nəfər), Ballıcaya 237 (1054 nəfər), Badaraya isə 43 ailənin (154 nəfər) daimi qayıdışı təmin ediləcək.

***

Dekabrın 11-də köç karvanı ilə Xocalı rayonunun Ballıca və Badara kəndlərinə çatan ailələrə yeni evlərinin açarları təqdim edilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Reyting.az-a verilən məlumata görə, bu mərhələdə Ballıca kəndinə 38 nəfərdən ibarət 9 ailə, Badara kəndinə isə 6 ailə yəni 18 nəfər qayıdıb.

Köç edənlər respublikanın müxtəlif bölgələrində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarətdir.

Açarları təqdim edən Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, sakinləri doğma yurdlarına qayıtmaları münasibətilə təbrik edib, Ballıca və Badara kəndlərində rahat yaşayış üçün hərtərəfli şəraitin yaradıldığını deyib. Onun sözlərinə görə, yaşayış məntəqələrində müasir standartlara uyğun evlər, məktəblər, sosial və ictimai obyektlər, mühəndis-kommunikasiya xətləri və yeni yollar istifadəyə verilib.

Qeyd edək ki, köç prosesi mərhələli şəkildə davam edir.

***

Dekabrın 11-də Xocalı rayonunun Şuşakənd kəndinə növbəti köç olub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Reyting.az-a bildiriblər ki, bu mərhələdə Şuşakəndə 51 nəfərdən ibarət 14 ailə köçürülüb.

Evlərin açarlarının təqdimat mərasimində çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinin sürətlə davam etdiyini, yol, su, elektrik, qaz və digər kommunal infrastrukturun tam təmin olunduğunu vurğulayıb.

Sakinlər də doğma yurda qayıtmağın sevincini bölüşüblər.





Bölməyə aid digər xəbərlər