Zülfüqarov: İrandakı etirazların arxasında ölkənin siyasi elitasının bir hissəsi dayanır
Professor: ABŞ İranla bağlı planını həyata keçirəcək
Nazirin qardaşı nazir müavini təyin olunub
Prezident QSC-yə sədr təyin edib - Fotolar
SOCAR-a yeni müşavir təyin edilib
Şəhid Bəhmən Səfərəliyevin xatirəsi anılıb - Video
Prezident Ağdərədə görülən işlərlə tanış olub - (Yenilənib) - Foto
Qrenlandiya ABŞ üçün niyə bu qədər əhəmiyyətlidir? - Araşdırma
İrana hansı ssenari tətbiq olunacaq?
"Mercedes-Benz S-Class" yenilənir - Fotolar
Kadırovun səhhəti pisləşib: Kreml Çeçenistan üçün yeni lider axtarışındadır
Beynəlxalq hüququn sonu - Kəramət Qənbərov yazır
Tarix: 08-12-2025 07:33 | Bölmə: Slayd

"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki növbəti rəqibi "Ayaks" Niderland çempionatında bu mövsüm ilk dəfə ardıcıl iki qələbə qazanaraq 4-cü pilləyə yüksəlib. Bununla belə, lider PSV ilə aralarındakı xal fərqi hələ də 14 olduğu üçün Amsterdam təmsilçisi çempionluq yarışından uzaq görünür.
Reyting.az xəbər verir ki, “Ayaks” 15-ci turda səfərdə Sittard "Fortuna"sına 3:1 hesabı ilə qalib gəlib. Oyun meydan sahiblərinin 4-cü dəqiqədə hesabı açmaları, daha sonra isə iki dəfə topu öz qapılarından keçirmələri ilə əlamətdar olub.
Qarşılaşma həmçinin "Ayaks"ın indiki heyətində ən tanınmış futbolçulardan olan Vout Veqhorstun başına gələn maraqlı hadisə ilə diqqət çəkib. Təcrübəli hücumçu 16-cı dəqiqədə rəqiblə sərt toqquşma səbəbindən yıxılaraq ağrılar içində qalsa da, oyundaşları bir dəqiqə yarım ərzində matçı davam etdiriblər.
ESPN-də “De Eretribune” proqramında qonaq olan niderlandlı mütəxəssis, vaxtilə “Fənərbağça”da köməkçi məşqçi kimi çalışmış Mario Been belə nəticəyə gəlib ki, “Ayaks”ın futbolçuları Veqhorstun vəziyyətini “o qədər də ciddi” qəbul etməyiblər: “Onlar doxsan saniyə oynamağa davam ediblər”.
Ekspert deyir ki, komandanın uzun müddət oyunu dayandırmamasına təəccüblənir: “Veqhorst özü də anlamadı. Hələ qışqırırdı da. Sadəcə, topu yan xəttdən çıxarmaq lazım idi ki, komanda yenidən 11 nəfərlə davam etsin. Bunu, həqiqətən, başa düşmədim”.
Studiyanın digər qonağı “Ayaks” və PSV-nin sabiq futbolçusu Marsiano Vink isə məsələni zarafatla izah etməyə çalışıb: “Bu mövsüm “Ayaks”ın topa bu qədər nəzarət etdiyini görməmişdim. Düşünürəm ki, onlar özləri də bunu gözləmirdilər. Top bu qədər sizdə qalırsa, onu da kənara vurmaq istəmirsiniz”.
Veqhorst toqquşmadan sonra topuğunda şiddətli ağrı hiss etdiyi üçün oyunu davam etdirə bilməyib və 28-ci dəqiqədə - hesab meydan sahiblərinin xeyrinə 1:0 ikən danimarkalı hücumçu Kasper Dolberq ilə əvəzlənib.
Beləliklə, "Ayaks"ın bu mövsüm Çempionlar Liqasında yeganə qolunun müəllifi Veqhorstun zədə üzündən "Qarabağ"la qarşıdakı oyunda iştirakı sual altındadır. Niderland millisinin 33 yaşlı futbolçusunun ötən mövsüm də komandasının Bakıda Avropa Liqası çərçivəsində Azərbaycan çempionuna 3:0 hesabı ilə qalib gəldiyi matçda penaltidən bir qol vurduğunu da xatırladaq.
Qarşıdakı "Qarabağ"-"Ayaks" görüşünə gəlincə, dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
RASİM
Reyting.az
Bölməyə aid digər xəbərlər















ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır