Oğlu həbs olunan general: "Hələ görüş vermirlər"
Tarix: 11-12-2025 15:27 | Bölmə: Xəbərlər

Oğlu həbs olunan general: "Hələ görüş vermirlər"

“Fəridin həbsindən mənim də sizin qədər məlumatım var. Bu barədə hələ heç nə deyə bilmərəm”.

Reyting.az xəbər verir ki, bu barədə “Yeni Sabah”a açıqlamasında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilmiş Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Hövsan Məntəqəsinin rəisi Fərid Usubovun atası Cəbrayıl Usubov bildirib.

“Bu həbsdən mənim də sizin qədər məlumatım var. Hələ heç nə deyə bilmərəm. Baş Prokurorluğun rəsmi məlumatından başqa heç bir məlumatım yoxdur”-, deyə C.Usubov açıqlayıb.

Onun sözlərinə görə, hələ oğlu ilə görüşməyib.

“Hələ görüş vermirlər”, - Fərid Usubovun atası bildirib.

“Həbsdən apellyasiya verəcəksinizmi”sualına cavabına o, “təbii ki” cavabını verib.

Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin əməkdaşı Fərid Usubov Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. Ona qarşı 206.4. (Qaçaqmalçılıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə, 213-1.2.2, 213-1.2.3-ci (Aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, habelə belə malların nağd qaydada alqı-satqısı təkrar törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) ittiham elan olunub.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, istintaq tədbirləri davam edir və əlavə məlumat veriləcək.

Fərid Usubov, uzun illər Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini işləmiş general-leytenant Cəbrayıl Usubovun oğludur.





Bölməyə aid digər xəbərlər