Daha iki ölkə arasında müharibə təhlükəsi artır
Köç kompleksi - Akif Əli yazır
"Qarabağ"ın rəqibinin oyununda maraqlı hadisə - təcrübəli futbolçunu ciddiyə almayıblar - Video
DTX ağır cinayətlərdə ittiham olunan şəxsləri saxlayıb - Video
0:8 - “Qarabağ”ın adına yaraşmır
Gömrük Komitəsinin vəzifəli şəxsləri həbs edilib - (Yenilənib)
Prezident Ədliyyə Akademiyasına rektor təyin edib
İlham Əliyev Slovakiyada görüşlər keçirib, birgə bəyanat verilib - (Yenilənib) - Fotolar
Cəlaloğlu: Rusiyadan başqa ölkələrə hücum etməyəcəyinə təminat alınacaq
Azərbaycanın dörd bölgəsinə qar yağır
Qələbə ümidli “Qarabağ” autsayder “Ayaks”a qarşı - ötən il 0:3, bəs bu dəfə?
Tramp Rusiyanı qalib tərəf hesab edir
Tarix: 11-12-2025 12:34 | Bölmə: Slayd

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova zəng edib.
Reyting.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Dövlət başçısı Türkmənistanın daimi bitərəfliyinin tanınmasının 30-cu ildönümü münasibətilə Qurbanqulu Berdiməhəmmədovu təbrik edib və qardaş Türkmənistana uğurlar arzulayıb.
Prezident İlham Əliyev dekabrın 12-də Azərbaycanda Ümummilli Lider Heydər Əliyevin anım gününün keçirildiyini deyərək, Türkmənistanın daimi bitərəfliyinin tanınmasının 30-cu ildönümü ilə bağlı keçirilən tədbirlərdə iştirak edə bilməcəyini bildirib, həmin tədbirlərdə Azərbaycanın baş nazirinin iştirak edəcəyini vurğulayıb.
Bir neçə gün əvvəl Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Türkmənistana səfərinə toxunan dövlətimizin başçısı Azərbaycan nümayəndə heyətinə göstərilmiş diqqət və qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib. Prezident İlham Əliyev Heydər Əliyev Fondu ilə Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə Xeyriyyə Fondu arasında imzalanmış Anlaşma Memorandumunu əməkdaşlığımızın növbəti göstəricisi kimi qiymətləndirib.
Azərbaycan prezidenti ölkəmizin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı olmasında Türkmənistanın birmənalı və tam dəstəyinə görə təşəkkürünü bildirib.
Dövlətimizin başçısı salamlarını və Türkmənistanın daimi bitərəfliyinin tanınmasının 30-cu ildönümü münasibətilə təbriklərini Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədova çatdırmağı xahiş edib.
Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov telefon zənginə və salamlara görə minnətdarlığını bildirib.
Qurbanqulu Berdiməhəmmədov Ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı başsağlığını çatdıraraq, onun böyük şəxsiyyət olduğunu və xatirəsini dərin hörmətlə andığını vurğulayıb. Türkmənistan Xalq Məsləhətinin sədri Ümumilli Liderin ölkələrimiz arasında əlaqələrin inkişafında böyük rolunun olduğunu qeyd edib.
O da öz növbəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Türkmənistana səfərini, Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə Xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva ilə görüşünü çox yüksək qiymətləndirərək, imzalanmış sənədin böyük əhəmiyyət daşıdığını deyib.
Qurbanqulu Berdiməhəmmədov Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı olması münasibətilə təbriklərini çatdıraraq, Türkmənistanın həmişə bu məsələni dəstəklədiyini vurğulayıb.
Telefon söhbəti zamanı qarşılıqlı maraq doğuran məsələlər və gələcək təmaslar barədə fikir mübadiləsi aparılıb
Bölməyə aid digər xəbərlər
















Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək