Axtarışda olan 229 nəfər saxlanılıb
Tarix: 11-12-2025 11:15 | Bölmə: Xəbərlər

Axtarışda olan 229 nəfər saxlanılıb

Dekabrın 10-da polislər ölkə ərazisində qeydə alınan 28, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin üstünü açıblar.

Reyting.az Azərbaycan Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, ümumən 229, o cümlədən borclu şəxs qismində axtarışda olan 207, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarılan 12 və dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Eləcə də qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər də saxlanılıb.





Bölməyə aid digər xəbərlər