Senator canlı yayımda jurnalisti təhqir edib
Tarix: 11-12-2025 15:38 | Bölmə: Cəmiyyət

Senator canlı yayımda jurnalisti təhqir edib

Polşa siyasətində gərginlik bu dəfə parlamentin dəhlizlərində baş verib. Müxbir Yustina Dobroş-Oracz senator Voyçex Skurkeviçə Ukrayna və Rusiya siyasəti ilə bağlı sual verməsi canlı yayımda mübahisəyə səbəb olub.

Reyting.az xəbər verir ki, müxbirin sualından narahat olan senator jurnalistə tərəf dönərək onu təhqir edib.

“Beyniniz yoxdur? Orada beyin yoxdur, sadəcə fındıq böyüklüyündə bir şey var”,- senator deyib.

Mübahisə qızışdıqca senator daha da irəli gedərək Dobroş-Oraçın paltarına bərkidilmiş mikrofonu bağlamağa çalışıb. Müxbir dərhal reaksiya verərək “Xahiş edirəm, mənə toxunma! Sən mənim şəxsi toxunulmazlığımı pozursan”,- cavabını verib. Lakin Skurkieviç geri çəkilmək əvəzinə, “Şişirdirsən”,- deyərək mübahisəni qızışdırıb.

Qeyd edək ki, gərginlik müxbirin senatordan Donald Trampın Rusiya ilə “münasibətləri yenidən başlatmaq” iddiaları və guya Moskvaya fayda gətirən Vaşinqtonun hazırladığı planlar barədə soruşarkən başlayıb.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər
Dünən, 12:21 Sabah yağış yağacaq
8-12-2025, 13:06 Sabah yağış yağacaq
6-12-2025, 13:58 Sabah yağış yağacaq