Professor: ABŞ İranla bağlı planını həyata keçirəcək
SOCAR-a yeni müşavir təyin edilib
İcra başçısı azadlıq mücahidini imperiyanın caynağından xilas etməyə çalışıb
Nazirin qardaşı nazir müavini təyin olunub
Prezident QSC-yə sədr təyin edib - Fotolar
Prezident Ağdərədə görülən işlərlə tanış olub - (Yenilənib) - Foto
Qrenlandiya ABŞ üçün niyə bu qədər əhəmiyyətlidir? - Araşdırma
Beynəlxalq hüququn sonu - Kəramət Qənbərov yazır
İrana hansı ssenari tətbiq olunacaq?
ABŞ Mars yarışında Çinə uduza bilər
"Mercedes-Benz S-Class" yenilənir - Fotolar
Kadırovun səhhəti pisləşib: Kreml Çeçenistan üçün yeni lider axtarışındadır
Tarix: 11-12-2025 16:35 | Bölmə: Slayd

“Ayaks”a məğlubiyyət “Qarabağ”ın UEFA Çempionlar Liqasının turnir cədvəlində bir pillə geri düşərək 22-ci sıraya enməsinə səbəb olub. Hələ ki, Azərbaycan çempionu növbəti mərhələyə vəsiqə verən ilk 24-lükdə yer alsa da, pley-off şansını qorumaq üçün son iki turda mütləq xal ehtiyatını artırmalıdır.
Reyting.az xatırladır ki, hazırda 7 xala malik “Qarabağ”ın evdə Frankfurt “Ayntraxt”ı və səfərdə “Liverpul”la oyunları qalıb. Hər iki qarşılaşma 2026-cı ilin yanvarında keçiriləcək. 4 xalı olan Almaniya təmsilçisi də növbəti iki oyununda qələbə qazanıb pley-offa yüksəlməyi arzulayır. İngiltərə çempionu isə 12 xalla 9-cu pillədə qərarlaşıb və birbaşa 1/8 finala vəsiqə verən ilk səkkizliyə düşmək üçün mübarizə aparır. Bu səbəbdən “Qarabağ”ı çox çətin oyunlar gözləyir.
Qurban Qurbanovun yetirmələri artıq dörd oyundur qələbəyə həsrətdirlər - bir heç-heçə və üçüncü məğlubiyyət. “Ayaks”la qarşılaşmada “Qarabağ” iki dəfə hesabda irəli çıxsa da, birinci hissədə ilk qolun cavabını verən və oyunun son 11 dəqiqəsində üç dəfə fərqlənməyi bacaran qonaqlar 4:2 hesablı qələbəyə seviniblər.
Start heyətində (orta yaşları 22,4 olub) iki 17 yaşlı və bir 18 yaşlı futbolçuların oynadığı, fasilədən sonra da bir 19 yaşlı futbolçusunu meydana buraxan “Ayaks” həm də bu mövsüm Çempionlar Liqasında ilk xallarını qazanıb.
“Qarabağ”ın start heyətində (orta yaşları 27,2 olub) ən gənc futbolçusu 23 yaşlı kolumbiyalı Kamilo Duran olub ki, hesabı da elə o açıb. Fasilədən sonra oyuna çıxan ən gənc - 21 yaşlı Nəriman Axundzadə isə meydanda ən zəiflərdən olub.
UEFA-nın saytının məlumatına görə, “Qarabağ” həmçinin topa sahibolma (49%- 51%), qapı istiqamətində zərbələr (17-20), künc zərbələri (4-6) və ötürmələrin dəqiqliyi (85%-90%) göstəricilərdə rəqibindən geri qalıb.
Beləliklə, ötən il Bakıda üç qol vuran (3:0) “Ayaks” bu dəfə Niderlanda dörd qolla dönüb.
“Qarabağ” isə bu mövsüm artıq üçüncü oyunda hesabda öndə olsa da, qələbəni əldən verib. Buna qədər “Atletik” (1:3) və “Çelsi” (2:2) ilə qarşılaşmalarda da oxşar vəziyyət qeydə alınıb. Üstəlik, “Atletik” və “Napoli” (0:2) ilə matçlarda olduğu kimi, yenə komandanın oyunun sonlarına yaxın qollar buraxması da diqqəti çəkir.
Qarşıdakı rəqiblərə gəlincə, ilin son avrokubok oyunlarında “Liverpul”un İtaliyada “İnter”ə qalib gəldiyini (1:0), “Ayntraxt”ın isə İspaniyada “Barselonaya” məğlub olduğunu da (1:2) qeyd edək. İkinci dəfə keçirilən liqa mərhələsinin ilk təcrübəsi göstərdi ki, ilk 24-lükdə yer almaq üçün azı 11 xal toplamaq lazımdır, yəni “Qarabağ” qalan oyunlarda bir qələbə və bir heç-heçəyə ümid etməlidir. Amma top fərqi də önəmlidir - ötən mövsüm Zaqreb “Dinamo”sunun 11 xalla belə kənarda qalması buna sübutdur.
Artıq səhvlərə yer qalmayıb və hər xal həyati önəm daşıyır. “Qarabağ”ın növbəti sınaqlarda ortaya qoyacağı iradə bütün suallara cavab verəcək.
Rasim
Bölməyə aid digər xəbərlər
















ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır