Daha bir ölkənin lideri Trampın hədəfinə çevrilir
Tarix: 11-12-2025 09:22 | Bölmə: Xəbərlər

Daha bir ölkənin lideri Trampın hədəfinə çevrilir

ABŞ prezidenti Donald Tramp Kolumbiya lideri Qustavo Petroya xəbərdarlıq edib ki, narkotik qaçaqmalçılığı ilə mübarizəni gücləndirməsə, Vaşinqtonun mümkün tədbirləri ilə üzləşəcək.

Reyting.az xarici KİV-ə istinadla xəbər verir ki, bunu Birləşmiş Ştatlar lideri jurnalistlərin danışıqlar planları ilə bağlı suallarını cavablandırarkən deyib.

O, Petro ilə dialoqu düşünmədiyini bildirsə də, Kolumbiyada kokain istehsalının miqyasında söz açıb və onun ABŞ-a göndərildiyini qeyd edib.

Tramp onu da vurğulayıb ki, Kolumbiya təkbaşına təsirli tədbirlər görməsə, Amerikanın narkotik ticarəti ilə mübarizə səylərinin növbəti hədəfinə çevriləcək.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər