Daha iki ölkə arasında müharibə təhlükəsi artır
Köç kompleksi - Akif Əli yazır
"Qarabağ"ın rəqibinin oyununda maraqlı hadisə - təcrübəli futbolçunu ciddiyə almayıblar - Video
DTX ağır cinayətlərdə ittiham olunan şəxsləri saxlayıb - Video
0:8 - “Qarabağ”ın adına yaraşmır
Gömrük Komitəsinin vəzifəli şəxsləri həbs edilib - (Yenilənib)
Prezident Ədliyyə Akademiyasına rektor təyin edib
İlham Əliyev Slovakiyada görüşlər keçirib, birgə bəyanat verilib - (Yenilənib) - Fotolar
Cəlaloğlu: Rusiyadan başqa ölkələrə hücum etməyəcəyinə təminat alınacaq
Azərbaycanın dörd bölgəsinə qar yağır
Qələbə ümidli “Qarabağ” autsayder “Ayaks”a qarşı - ötən il 0:3, bəs bu dəfə?
Tramp Rusiyanı qalib tərəf hesab edir
Tarix: 11-12-2025 16:15 | Bölmə: Slayd

Yunanıstan və İsrail, Türkiyənin bölgədə artan gücünə qarşı tədbirlər görməyə başlayıblar. Hər iki ölkənin mətbuatında Egey dənizində yerləşdirilməsi planlaşdırılan gizli silah haqqında məlumatlar yayılıb.
Reyting.az xəbər verir ki, Yunanıstan Türkiyənin Egey və Şərqi Aralıq dənizində artan regional gücünə qarşı çıxmaq üçün İsraildən “Lora” ballistik raket sisteminin alınmasını gündəmə gətirib.
Afina mərkəzli “Banking News” yazır ki, Yunanıstan hökuməti “Israel Aerospace Industries” tərəfindən istehsal edilən “Lora” sistemlərini Egey adalarına və Şərqi Aralıq dənizindəki kritik nöqtələrə yerləşdirmək niyyətindədir.
“Israel Defense” isə bildirir ki, Yunanıstan bu sistemi almaq üçün vəsait ayırıb və məqsəd Türkiyənin son illərdə sürətlə inkişaf edən raket qabiliyyətlərinə qarşı “effektiv əks-tarazlıq yaratmaqdır”.
Türkiyənin daxili raket proqramlarında, xüsusilə də “Tayfun” və “Bora” layihələrində əldə etdiyi uğurların regional güc balansını Ankaranın xeyrinə əhəmiyyətli dərəcədə dəyişdirdiyi vurğulanır. Qeyd olunur ki, Türkiyənin müdafiə sənayesindəki sürətli texnoloji inkişaflar həm məsafə, həm də dəqiqlik baxımından regiondakı ən təsirli raket imkanlarını ortaya qoyur.

Məsələni şərh edən yunan hərbi mütəxəssisləri etiraf edirlər ki, “Lora” təşəbbüsü Türkiyənin qabaqcıl sistemlərinə birbaşa cavab xarakteri daşıyır.
Qeyd edək ki, “Lora” 16 tonluq mobil yük maşını platformasından buraxılan və 360 dərəcə atəş açma qabiliyyəti təklif edən ballistik raket sistemidir. O, 90-430 kilometr məsafədəki hədəfləri yüksək dəqiqliklə vura bilir. Sistem ötən il Afinada keçirilən müdafiə sərgisində Yunanıstana təqdim edilib. Dəniz platformaları üçün uyğunlaşdırılan “Lora” versiyası da mövcuddur.
Yunanıstan hərbi mənbələrinə görə, bu sistem Egey adalarından Türkiyə sahillərinə doğru “dərin zərbə qabiliyyəti” yaratmağı hədəfləyir. “Lora” Türkiyənin “Tayfun” və “Bora” raketlərinə qarşı “balanslaşdırıcı amil” kimi qiymətləndirilir.
Lakin müdafiə mütəxəssisləri bildirirlər ki, Afinanın bu cür sistemlərə yönəlməsi “simvolik və gecikmiş addım”dır. Onların fikrincə, Türkiyənin hazırkı raket texnologiyaları, istehsal gücü və əməliyyat təcrübəsi regional çəkindirmə baxımından açıq üstünlük təmin edir.
Xatırladaq ki, Yunanıstanın İsraillə hərbi yaxınlaşması yeni deyil. 2025-ci ilin dekabrında Afina parlamenti “Elbit Systems” şirkətindən təxminən 650 milyon avro dəyərində PULS çoxnöqtəli raket buraxıcı sisteminin alınmasını təsdiqləmişdi. “Lora” sisteminin yenidən gündəmə gəlməsi isə iki ölkə arasında təhlükəsizlik əməkdaşlığının daha da dərinləşməsi kimi qiymətləndirilir.
Digər tərəfdən, Türkiyənin müdafiə sənayesinə son illərdə etdiyi böyük yatırımlar, raket texnologiyalarında əldə edilən inkişaflar və regional əməliyyat imkanları Ankaranın yaratdığı çəkindirmə səviyyəsini artırır. Bu vəziyyət region ölkələrini yeni yollar axtarmağa vadar edir.
“Tayfun” raketinin sınaq görüntülərinin dünya mətbuatında geniş əks-səda doğurmasının ardından Yunanıstanın müdafiə təchizatı prosesini sürətləndirməsi də bu tendensiyanın təbii nəticəsi hesab olunur.
ELÇİN
Bölməyə aid digər xəbərlər
















Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək