AES-ə kimin zərbə endirdiyi müəyyən edilməyib
Tarix: 11-12-2025 09:58 | Bölmə: Xəbərlər

AES-ə kimin zərbə endirdiyi müəyyən edilməyib

Zaporojye Atom Elektrik Stansiyasına (AES) kimin zərbə endirdiyi müəyyən edilməyib.

Reyting.az xəbər verir ki, bu sözləri Almaniya mediasına müsahibəsində MAGATE-nin baş direktoru Rafael Qrossi deyib.

O, agentlik tərəfindən müstəqil qiymətləndirmənin mümkün olmadığını, bu səbəbdən Zaporojye AES-ə endirilən zərbələrə məsuliyyət daşıyanların adını açıqlaya bilmədiyini söyləyib. Bu isə onu Moskva və Kiyevin tənqid hədəfinə çevirib.

“Əgər onun auditorları və müfəttişləri tam müstəqil qiymətləndirmələr apara, ətraf mühit nümunələri toplayıb təhlil edə, dağıntı və digər materialları araşdıra bilsələr, MAGATE günahkarlar barədə nəticə çıxara bilərdi”,- deyə Qrossi vurğulayıb.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər