Kansler prezidentlə fikir ayrılıqlarını təkzib edir
Tarix: 11-12-2025 17:29 | Bölmə: Dünya

Kansler prezidentlə fikir ayrılıqlarını təkzib edir

Almaniya kansleri Fridrix Merz ABŞ prezidenti Donald Trampla telefon danışığı zamanı fikir ayrılıqlarını təkzib edib və ABŞ ilə gələcək danışıqları səbirsizliklə gözlədiyini bildirib.

Reyting.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

Nəşr bu gün Merzin Berlində NATO-nun baş katibi Mark Rutte ilə danışıqlar apardığını da yazıb. Merz bu həftə sonu ABŞ rəsmiləri ilə Avropa tərəfinin təklif etdiyi sülh planı ilə bağlı danışıqlar aparılacağını gözlədiyini də bildirib.

Bu, Ukraynanın rəsmi olaraq Vaşinqtona 20 maddəlik plan təqdim etməsindən sonra baş verib və prezident Vladimir Zelenski bunu “fundamental sənəd” adlandırıb.

“Əgər bu prosesi indi, nəzərdə tutduğumuz kimi davam etdirsək, onda Amerika hökuməti ilə danışıqlar bu həftə sonu keçiriləcək”,- Merz əlavə edib.

Alman mətbuatı yazır ki, Almaniya kansleri Merz, Britaniya baş naziri Starmer, ABŞ lideri Tramp və Fransa prezidenti Emmanuel Makron arasında bu yaxınlarda baş tutan telefon danışığı zamanı kiçik fikir ayrılıqları yaransa da, Merz bunun belə olmadığına əminlik ifadə edib.

Kansler danışıqları “çox konstruktiv” adlandırıb və deyib ki, Avropa Ukraynanı dəstəkləməyə davam edəcək.

E. KAMAL





Bölməyə aid digər xəbərlər
9-12-2025, 18:18 Moskvaya PUA hücumu olub