SOCAR-a yeni müşavir təyin edilib
İcra başçısı azadlıq mücahidini imperiyanın caynağından xilas etməyə çalışıb
Prezident QSC-yə sədr təyin edib - Fotolar
Beynəlxalq hüququn sonu - Kəramət Qənbərov yazır
ABŞ Mars yarışında Çinə uduza bilər
Mask şirkətlərdən milyardlarla dollar kompensasiya tələb edir - Məhkəmə
“Havana sindromu”: məxfi silahdan Venesula əməliyyatında da istifadə ediblər
Milli Qəhrəman Hərbi Memorial Məzarlıqda dəfn edilib - (Yenilənib) - Foto
Prezident 20 Yanvar şəhidlərinin xatirəsini yad edib - Fotolar
20 Yanvar hadisələrinə özəl baxış - Akif Əli yazır
İlham Əliyev İsveçrədə səfərdədir - (Yenilənib-2) - Fotolar
Nəhəng aviadaşıyıcının inşası planlaşdırılır
Tarix: 11-12-2025 12:08 | Bölmə: Cəmiyyət

İşğal olunmuş Krımda qanunsuz arxeoloji qazıntılar apardığı üçünUkrayna tərəfindən axtarılan məşhur rusiyalı alim Polşada ələ keçib.
Reyting.az xarici KİV-lərə istinadla xəbər verir ki, məşhur alim və Ermitaj Muzeyinin nümayəndəsi Aleksandr B. Daxili Təhlükəsizlik Agentliyinin əməkdaşları tərəfindən saxlanılıb.
O, Krımda mədəni irs obyektlərini məhv etməkdə ittiham olunur: dəyən ziyan 200 milyon qrivnadan çox qiymətləndirilir. Məlumata görə, bu, çox güman ki, 2024-cü ilin noyabr ayında Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən qiyabi olaraq şübhə bildirişi alan Aleksandr Butyagindir.
Bildirilir ki, rusiyalı arxeoloq Avropada bir sıra mühazirələr oxuyub. O, Hollandiyadan Balkanlara gedərkən Varşavadan keçməli olub və onu ötən həftə saxlayıblar.
Polşa hüquq-mühafizə orqanlarının əməkdaşları onu Varşavadakı Rayon Prokurorluğunda dindirsələr də, ifadə verməkdən imtina edib.

Dindirmədən sonra prokuror ekstradisiya qaydalarına və Polşa-Ukrayna hüquqi yardım müqaviləsinə uyğun olaraq, axtarışda olan Rusiya vətəndaşının müvəqqəti saxlanması üçün məhkəməyə vəsatət təqdim edib. Məhkəmə vəsatəti təmin edib və Rusiya vətəndaşının 40 gün müddətinə həbsdə saxlanılması barədə qərar verilib.
Ukraynanın indi Polşaya rəsmi ekstradisiya tələbi təqdim etməsi gözlənilir. Bu sənədlər alındıqdan sonra məhkəmə onları nəzərdən keçirəcək və şübhəlinin Ukraynaya ekstradisiyası üçün əsasların olub-olmadığına qərar verəcək.
Alimin şübhəli bilindiyi cinayət bir ildən 10 ilə qədər müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
V. QULİYEV
Bölməyə aid digər xəbərlər
















ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır