Əli Əsədov Türkmənistan prezidenti ilə görüşüb - Foto
Tarix: 11-12-2025 17:23 | Bölmə: Gündəm

Əli Əsədov Türkmənistan prezidenti ilə görüşüb

Aşqabad şəhərində işgüzar səfərdə olan Azərbaycanın baş naziri Əli Əsədov bu gün Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşüb.

Reyting.az xəbər verir ki, bunu Nazirlər Kabinetindən bildiriblər.

Əli Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və Türkmənistanın daimi neytrallığının 30 illiyi münasibətilə təbriklərini bu ölkənin dövlət başçısına çatdırıb.

Sərdar Berdiməhəmmədov İlham Əliyevin salamlarına və təbriklərinə görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycan ilə Türkmənistan arasında siyasi dialoqun yüksək səviyyədə olduğu vurğulanıb, qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Qeyd edək ki, Əli Əsədov Türkmənistanın daimi bitərəfliyinin tanınmasının 30-cu ildönümü ilə bağlı keçirilən tədbirlərdə iştirak edəcək.





Bölməyə aid digər xəbərlər