Prezident Türkdilli dövlətlər arasında imzalanmış Anlaşma Memorandumunu təsdiqlədi
Tarix: 22-05-2019 19:09 | Bölmə: Gündəm
 Prezident Türkdilli dövlətlər arasında imzalanmış Anlaşma Memorandumunu təsdiqlədi

Prezident İlham Əliyev bu gün fərman imzalayıb.

Reyting.az
xəbər verir ki, fərmana əsasən, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin gömrük idarələri arasında gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində əməkdaşlığa dair 2019-cu il martın 11-də Astana şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilib.

Bu fərmanın birinci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Dövlət Gömrük Komitəsinə onun müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Katibliyinə bildiriş göndərmək tapşırılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}