Trampın sülh planı Ukraynaya baha başa gələ bilər
Tarix: 20-11-2025 16:28 | Bölmə: Siyasət
Trampın sülh planı Ukraynaya baha başa gələ bilər

ABŞ-ın Ukraynadakı müharibəyə son qoymaq üçün hazırladığı sülh planında, Kiyevin Rusiyaya əhəmiyyətli ərazi güzəştləri etməsi ilə yanaşı, sülhməramlılar və NATO üzvlüyü tələblərindən imtina etməsi də nəzərdə tutulur.

Reyting.az
xəbər verir ki, bu barədə “The Wall Street Journal” öz mənbələrinə istinadla yazıb.

ABŞ rəsmilərinin fikrincə, ABŞ, Qəzzada atəşkəsə nail olmaq üçün istifadə etdiyi eyni yanaşmanı Ukraynadakı müharibəyə tətbiq etməyə çalışır: çoxməqsədli bir plan hazırlamaq və sonra müharibə edən tərəfləri onu qəbul etməyə məcbur etmək.

Məqalədə qeyd olunur ki, bir Avropa rəsmisinin fikrincə, bu plan Kiyevdə və Avropa hökumətlərində güclü müqavimətlə qarşılaşa bilər.

Nəşrin mənbələri bildiriblər ki, plan, Ukraynanın hazırda Kiyevin nəzarətində olan ərazilər də daxil olmaqla, Donbas bölgəsinin Rusiyaya verilməsini nəzərdə tutur.

Qeyd olunur ki, Ukrayna, ən azı bir neçə il Şimali Atlantika Müqaviləsi Təşkilatındakı üzvlüyündən imtina etməyə razılaşmalı olacaq. Kiyevə öz ərazisində beynəlxalq sülhməramlı qüvvələr yerləşdirməyə icazə verilməyəcək. Rəsmilərin sözlərinə görə, bunun müqabilində Moskva, Ukraynaya və ya digər Avropa ölkələrinə hücum etməmək öhdəliyi götürəcək və bu vədi qanunla təsdiqləyəcək.

Administrasiya rəsmisinin sözlərinə görə, Tramp məqsədini Rusiyanın artıq ələ keçirdiyi əraziləri Ukraynaya qaytarmaqda görmür. Bunun əvəzinə, o, döyüşlərə son qoyacaq bir razılaşma axtarır.

E. KAMAL




Bölməyə aid digər xəbərlər