Nikol Paşinyan Qazaxıstana səfər edib
Tarix: 20-11-2025 17:40 | Bölmə: Dünya
Nikol Paşinyan Qazaxıstana səfər edib

Ermənistanın baş naziri Nikol Paşinyan iki günlük rəsmi səfərlə Astanaya gəlib.

Reyting.az
xəbər verir ki, bunu Ermənistan hökumətinin mətbuat xidmətindən bildiriblər.

Məlumata görə, Paşinyanı baş nazirin müavini Mher Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan, ərazi İdarəetmə və infrastruktur naziri David Xudatyan və təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan müşayiət edir.

Nikol Paşinyanla Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev arasında görüş 21 noyabrda keçiriləcək.

Paşinyan və Tokayev mediaya açıqlamalar verəcəklər.

Ermənistan hökumətinin başçısı həmçinin Qazaxıstanın baş naziri Oljas Bektenov və Qazaxıstan parlamentinin sədri Yerlan Koşanovla görüşəcək.

ELÇİN




Bölməyə aid digər xəbərlər