Ermənistana silah satan Hindistan ABŞ-dan silah alır
Tarix: 20-11-2025 16:09 | Bölmə: Dünya
Ermənistana silah satan Hindistan ABŞ-dan silah alır

ABŞ Dövlət Departamenti Hindistana təxminən 47,1 milyon dollar dəyərində GPS ilə idarə olunan “Excalibur” artilleriya mərmiləri və əlaqəli avadanlıqların, təxminən 45,7 milyon dollar dəyərində “Javelin” raket sisteminin satışını təsdiqləyib.

Reyting.az
xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin bir bölməsi olan Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) bildirib.

Bununla bağlı bəyanatda qərarın ABŞ-Hindistan strateji münasibətlərini gücləndirəcəyi vurğulanıb və raket sistemlərinin Hindistanın “mövcud və gələcək təhdidlərlə mübarizə aparmaq, daxili müdafiəsini gücləndirmək və regional təhdidlərin qarşısını almaq” qabiliyyətini artıracağı elan edilib.

Bu arada, DSCA-nın başqa bir yazılı açıqlamasında ABŞ Dövlət Departamentinin Yaponiyaya təxminən 82 milyon dollar dəyərində sursat və əlaqəli avadanlıq satışını təsdiqlədiyi də bildirilib.

Konqresə göndərilən silah satışı təsdiqləri üçün 15 günlük etiraz müddəti verilir. Bu müddət ərzində Konqresdən heç bir etiraz alınmazsa, silah satışı davam edəcək.

ELÇİN




Bölməyə aid digər xəbərlər