"Azəraqrar"ın direktoru vəzifədən azad edilib - Nazirdən yeni təyinat
Tarix: 20-11-2025 17:28 | Bölmə: İqtisadiyyat
"Azəraqrar"ın direktoru vəzifədən azad edilib - Nazirdən yeni təyinat

Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Azəraqrar Dövlət İstehsalat və Emal Birliyinin direktoru vəzifədən azad olunub.

Reyting.az
xəbər verir ki, bu barədə Mia.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, ötən həftə nazir Məcnun Məmmədov Birliyin direktoru Fəda Abbasovu vəzifədən azad edib.

Nazir digər əmrlə sözügedən vəzifənin icrasını Azəraqrar Dövlət İstehsalat və Emal Birliyinin Abşeron Regional İdarəsinin müdiri Mühasir Abdullayevə tapşırıb.

Maraqlıdır ki, yeni rəis əvəzinin bu sahəyə tamamilə yad olduğu deyilir. Onun tamamilə fərqli bir sahədən 2 ay əvvəl Abşeron Regional İdarəsinə rəhbər gətirildiyi bildirilir.




Bölməyə aid digər xəbərlər