08:11 / 01-07-2025
“Trump Victory” ətiri satışdadır
08:05 / 01-07-2025
KTMT-çilər artan təhlükədən ciddi narahatdırlar
07:59 / 01-07-2025
Akula yeniyetməyə hücum edib
07:52 / 01-07-2025
ABŞ gözlənilmədən Moskvaya ultimatum verib
07:43 / 01-07-2025
“Rusiya İmperator Hərəkatı” qadağan edilə bilər
07:39 / 01-07-2025
İlon Mask “Amerika” Partiyası yaradacaq?
23:24 / 30-06-2025
Rus İcmasının Mədəniyyət Mərkəzi bağlanıb?
21:03 / 30-06-2025
Rusiyada öldürülən qardaşların cənazəsi Azərbaycana gətirilib - (Yenilənib)
18:51 / 30-06-2025
İran liderinin müşavirini öldürmək istəyiblər
18:44 / 30-06-2025
Aİ rəsmisi: "Rusiyada azərbaycanlılara qarşı törədilən zorakılıq..."
18:38 / 30-06-2025
Tramp mütəffiqlərin təklifinə əhəmiyyət vermir
18:03 / 30-06-2025
Daha 17 qanuna dəyişiklik edəcəklər
17:57 / 30-06-2025
Bakıda əməliyyat: FTX-nın iki əməkdaşı saxlanılıb - (Yenilənib) - Fotolar
17:51 / 30-06-2025
Azərbaycanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
17:45 / 30-06-2025
Bəylər Eyyubov yeni vəzifəyə təyin olunub
17:34 / 30-06-2025
Şuşada biznes forum keçiriləcək
17:18 / 30-06-2025
Ukraynalı nazir slovakiyalı həmkarının təklifini qəbul etmir
17:11 / 30-06-2025
İşçi qrupun ştat və xidməti maşınlarının sayı artırılıb
17:03 / 30-06-2025
Beş ölkədən Azərbayacana quş əti idxalına məhdudiyyət qoyulub
16:51 / 30-06-2025
Ersin Tatar Azərbaycana gəlir
16:46 / 30-06-2025
Ərdoğan Azərbaycana səfər edəcək
16:27 / 30-06-2025
Şahın atom bombası istəyi: ABŞ bunun qarşısını necə alıb?
16:10 / 30-06-2025
İyul ayının hava proqnozu açıqlanıb
16:02 / 30-06-2025
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb
15:20 / 30-06-2025
Dərmanların qiyməti yenidən tənzimlənib
15:08 / 30-06-2025
Professor: Şovinizm Rusiyanı uçuruma aparır
14:52 / 30-06-2025
Mənsum İbrahimov: Teatrımızın səhnəsinə yeni Məcnunlar gəlir - Foto
14:26 / 30-06-2025
Sabiq nazir təltif edilib
14:15 / 30-06-2025
Qarabağa növbəti köç karvanı gedib - (Yenilənib)
13:53 / 30-06-2025
Tramp İranın iddiaları ilə razılaşmır
09:25 / 26-06-2025

08:51 / 26-06-2025

16:17 / 26-06-2025

13:16 / 29-06-2025

18:04 / 26-06-2025

12:57 / 27-06-2025

00:02 / 27-06-2025

08:55 / 28-06-2025

00:01 / 28-06-2025

16:30 / 26-06-2025

12:14 / 26-06-2025

11:12 / 28-06-2025

Prezident İlham Əliyev hərbi liseydə oldu
Tarix: 26-06-2019 16:49 | Bölmə: Gündəm

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyində olub.
Reyting.az xəbər verir ki, ölkə başçısı yenidənqurma və əsaslı təmir işlərindən sonra yaradılan şəraitlə tanış olub.
Müdafiə naziri Zakir Həsənov burada aparılmış yenidənqurma və əsaslı təmir işləri barədə məlumat verib.
Bildirilib ki, Cəmşid Naxçıvanski adına Hərbi Lisey 11 hektar ərazini əhatə edir. Burada tikinti, təmir və yenidənqurma işləri 2018-ci ilin fevral ayında başlanıb. Hərbi Liseyin ərazisində qərargah binası, kursant yataqxanası, tibb məntəqəsi, hamam-camaşırxana-qazanxana kompleksi inşa edilib, eləcə də mövcud binalar əsaslı təmir olunub və qurğular yerləşdirilib. Hərbi Liseydə sahəsi 1800 kvadratmetr olan üçmərtəbəli yeni qərargah binası inşa olunub. Ərazidə geniş yaşıllaşdırma işləri aparılıb, abadlıq tədbirləri görülüb. Binanın qarşısında Cəmşid Naxçıvanskinin büstü və ətrafında xatirə kompleksi yerləşir.
Liseyin ərazisində tibb məntəqəsi də inşa olunub. İkimərtəbəli 32 çarpayılıq tibb məntəqəsində funksional diaqnostika, həkim, oftalmoloji kabinetlər, laboratoriya, sarğı otağı, təxirəsalınmaz yardımın göstərilməsi üçün otaq, xidməti otaqlar, palatalar və müasir yeməkxana yaradılıb. Buradakı şərait şəxsi heyətə yüksək səviyyədə ixtisaslı tibbi yardımın göstərilməsinə imkan verir.
Hərbi Liseydə yaradılan qapalı idman kompleksində kursantların idmanla məşğul olmaları üçün hərtərəfli imkanlar var. Kompleksdə trenajor, gimnastika zalları, mini futbol, basketbol və voleybol oyunlarının keçirilməsi üçün meydança yaradılıb.
Sonra dövlət başçısı Hərbi Liseydəki Heydər Əliyev Muzeyi ilə tanış olub. Hələ sovet dövründə gələcəkdə müstəqil Azərbaycanın milli zabit kadrlarının yetişdirilməsi zərurətini uzaqgörənliklə diqqətə alan ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradılıb. Ölkəmizə rəhbərliyinin bütün dövrlərində bu hərbi təhsil ocağına ən yüksək səviyyədə diqqət və qayğı göstərən ümummilli lider Heydər Əliyevin 1998-ci və 2002-ci illərdə imzaladığı sərəncamlarla Hərbi Liseyin yaradılmasının 25 və 30 illik yubileyləri dövlət səviyyəsində geniş qeyd edilib. Muzeydə ulu öndər Heydər Əliyevin və Prezident, Ali Baş Komandan İlham Əliyevin Azərbaycanda nizami ordu quruculuğu, Silahlı Qüvvələrimizin hərbi qüdrətinin artırılması, o cümlədən Hərbi Liseyin inkişafına göstərdikləri yüksək diqqət və qayğını əks etdirən fotolar, sənədlər və nəşrlər nümayiş olunur.
Dövlət başçısı Hərbi Liseydə təhsil alan kursantların yaşayış və məişət şəraitinin yaxşılaşdırılması məqsədilə inşa olunan dördmərtəbəli yataqxana korpusu ilə də tanış oldu. Yeni tikilən binada konfrans zalı, ideoloji, məişət və digər otaqlar zəruri avadanlıqla təchiz edilib. Yataqxanada kursantların qalması, istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait var. Liseydə üçmərtəbəli yataqxana korpusu da əsaslı təmir olunub.
Sonra Prezident İlham Əliyev Hərbi Liseyin klubunda yaradılan şəraitlə tanış olub. Liseydə aparılan yenidənqurma və təmir işləri çərçivəsində klubun binası da əsaslı təmir edilib. Klubun 350 yerlik binasında mədəni-maarif tədbirlərinin keçirilməsi üçün bütün şərait var. Burada, eyni zamanda, ölkəmizin və liseyin həyatında baş verən əlamətdar hadisələri qeyd etmək mümkündür.
Daha sonra dövlət başçısı kursant yeməkxanasında yaradılan şəraitlə maraqlandı. İkimərtəbəli yeməkxana binası da əsaslı təmir olunub. Bütün avadanlıqla təchiz edilmiş binada eyni vaxtda 600 kursant nahar edə bilər. Burada yemək zalı, mətbəx və təsərrüfat otaqları, ərzaq və soyuducu anbarlar var. Dövlət başçısının qayğısı sayəsində bu gün Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların qidalanması məsələsinə də xüsusi diqqət yetirilir.
Hərbi Liseyin tədris korpusunda yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyevə məlumat verilib ki, dördmərtəbəli bina da əsaslı təmir edilib. Burada tədris prosesi Azərbaycan dili, ictimaiyyət, riyaziyyat, informatika, xarici dil və təbiət fənn bölmələri üzrə həyata keçirilir. Korpusda fənn kabinetlərində, kimya və fizika laboratoriyalarında kursantların bilik və hazırlıqlarının artırılması üçün hər cür şərait yaradılıb.
Yenidənqurma işləri zamanı liseyin təntənəli mərasimlər, sıra təlimləri, düzülüşlər, şəxsi heyətin sıra baxışı, döyüş və fiziki hazırlıq, eləcə də digər tədbirlərin keçirilməsi üçün sahəsi üç min kvadratmetr olan sıra meydanı da salınıb və tribuna inşa edilib.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqəti sayəsində son illərdə Azərbaycan Ordusu istər döyüş qabiliyyətinə, istər maddi-texniki bazasına, istərsə də müasir silah-sursat arsenalına görə dünyada lider yerlərdən birini tutur. Bu, göstərir ki, Azərbaycanda ordu quruculuğuna dair bütün mühüm tədbirlər ardıcıl surətdə, dünya təcrübəsi nəzərə alınmaqla uğurla reallaşdırılır. Dövlətimizin başçısının rəhbərliyi ilə Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımlar bu gün milli ordumuzun dünyanın ən qüdrətli orduları sırasına daxil olmasına imkan yaradıb. Görülən işlərin nəticəsidir ki, bu gün ordumuz dünyanın ən güclü 50 ordusu sırasındadır.
Prezident, Ali Baş Komandan İlham Əliyev 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantlarını və müəllimlərini təbrik edərək deyib:
- Silahlı Qüvvələr Günü münasibətilə Sizi təbrik edir, hər birinizə uğurlar arzulayıram. Arzu edirəm ki, siz gözəl hərbçi kimi özünüzü göstərəsiniz.
Bilirsiniz ki, bu məktəbin təməlini ulu öndər Heydər Əliyev qoymuşdur. Onun təşəbbüsü ilə bu məktəb 1971-ci ildə yaradılmışdır. Ulu Öndər həmişə bu məktəbin fəaliyyətinə böyük diqqət göstərmişdir. Hələ o vaxt bilirdi ki, bizə milli hərbçi kadrlar lazım olacaq və belə də oldu.
Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bizim ordumuzun gücü, döyüş qabiliyyəti, peşəkarlığı artır. Bu gün ordumuz ən yüksək səviyyədədir.
Ulu Öndərin misilsiz xidmətləri Azərbaycan xalqının qəlbində daim yaşayır. Biz onun işini davam etdiririk. Ordu quruculuğu prosesi uğurla, sürətlə gedir. Müasir səviyyədə işlər görülür, hərbi texnika alınır, döyüş qabiliyyəti artır. Bir sözlə, bu gün Azərbaycan Ordusu öz gücünü göstərir və göstərməlidir.
Biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib və biz hər an hazır olmalıyıq ki, doğma torpaqlarımızı işğalçılardan azad edək. Əminəm ki, bu gün gələcək və Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək.
Bizim imkanlarımız artır, maddi vəziyyətimiz yaxşılaşır, orduya lazım olan texnika, silah-sursat alınır, gətirilir. Bir sözlə, biz bütün bu işləri ona görə edirik ki, daha güclü orduya malik olaq və öz ərazi bütövlüyümüzü bərpa edək.
Azərbaycan bu gün bütün sahələrdə uğurla inkişaf edir. Əminəm ki, bu inkişaf dayanıqlı olacaq.
Sizə - burada oxuyan kursantlara və çalışan müəllimlərə yeni uğurlar, cansağlığı arzulayıram. Vətənin qorunması işində siz həmişə fəal olmalısınız və öz gücünüzü göstərməlisiniz.
Sizi bir daha təbrik edirəm.
Bütün Azərbaycan xalqını Silahlı Qüvvələr Günü münasibətilə təbrik edir və sizə yeni uğurlar arzulayıram. Sağ olun".
Sonda xatirə şəkli çəkdirilib.
Bölməyə aid digər xəbərlər

Dünən, 17:51
Azərbaycanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
Dünən, 16:51
Ersin Tatar Azərbaycana gəlir
29-06-2025, 13:20
Rezidenturaya qəbul imtahanı keçirilib - (Yenilənib)
29-06-2025, 00:40
Aleksey Overçukun Azərbaycana səfəri ləğv olunub
28-06-2025, 23:57
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirdilər”
28-06-2025, 21:41
Zaxarovadan azərbaycanlılarıın saxlanılması haqqında - Açıqlama
27-06-2025, 11:32
Nazirlik və dövlət komitəsi vətəndaşlara müraciət edib
26-06-2025, 12:14
İlham Əliyevlə İran prezidenti arasında telefon danışığı olub
26-06-2025, 10:29
Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26-06-2025, 00:00
Bu gün Silahlı Qüvvələri Günüdür
25-06-2025, 18:04
Ordu günü Bakı, Gəncə, Xankəndi və Laçında yürüş olacaq
25-06-2025, 15:26
İlham Əliyev Türk Dövlətləri Təşkilatı ilə bağlı sazişi təsdiqləyib
25-06-2025, 12:51
Həbsxanalarla bağlı Fəaliyyət Planı təsdiqlənib
25-06-2025, 09:18
Bakıda beynəlxalq konfrans keçirilir
24-06-2025, 17:03
Böyük Qayıdış Proqramı: yeni alt işçi qrupları yaradılıb
24-06-2025, 15:05
Dövlət informasiya ehtiyatları və sistemləri barədə qərar qəbul olunub
24-06-2025, 14:06
Milli Məclisin növbəti iclasının vaxtı bəlli olub
24-06-2025, 13:56
Ağdərə və Ağdama növbəti köç karvanı gedib - (Yenilənib)
24-06-2025, 12:32
Prezident İlham Əliyev Mingəçevirə gedib - (Yenilənib) - Fotolar
24-06-2025, 11:45
İlham Əliyev italiyalı naziri Mingəçevirdə qəbul edib - (Yenilənib)
24-06-2025, 11:20
Milli Məclis Ali Baş Komandana təbrik ünvanlayıb
23-06-2025, 23:45
Bakıdan Qətərə uçan təyyarə yarıyoldan geri dönüb
23-06-2025, 16:44
İsrailin münaqişəyə son qoymaq niyyəti İrana çatdırılıb
21-06-2025, 17:40
Diplomatların Qarabağa səfəri başa çatıb - Foto
21-06-2025, 16:49
İlham Əliyevin müraciəti BMT sənədi kimi yayılıb
20-06-2025, 19:40
Milli Məclisin növbəti iclasının gündəliyi dəyişib
20-06-2025, 18:29
Bugünkü sertifikasiyada 3 300 müəllim istirak edib
20-06-2025, 16:13
İlham Əliyev UFC-nin prezidentini qəbul edib - Fotolar
20-06-2025, 13:59
Prezident Çinlə yeni saziş haqqqında Fərman imzalayıb
20-06-2025, 13:52
İlham Əliyev Çinlə Əməkdaşlıq Planını təsdiqləyib
20-06-2025, 09:13
Diplomatlar Laçına səfər ediblər
20-06-2025, 00:05
Azərbaycan və Qazaxıstan Xəzər dənizində birgə təlim keçiriblər
19-06-2025, 23:13
İlham Əliyevin Türkiyəyə səfər başa çatıb
19-06-2025, 16:11
İlham Əliyev Türkiyədə işgüzar səfərdədir - (Yenilənib) - Fotolar
19-06-2025, 16:02
Bolqarıstan İrandakı səfirliyini Azərbaycana köçürüb
19-06-2025, 14:27
Macarıstan öz səfirliyini müvəqqəti olaraq İrandan Azərbaycana köçürüb
19-06-2025, 11:11
İlham Əliyev BP şirkətinin baş icraçı direktorunu qəbul edib
19-06-2025, 08:02
Müharibə təhlükəsi: Britaniya yüksək hazırlıq vəziyyətindədir
19-06-2025, 07:47
Avropa 1,5 milyard avroluq proqram hazırlayıb
18-06-2025, 23:54
İsrail İrana "üçüncü zərbə" dalğasına başlayıb
18-06-2025, 21:33
DİM 1 iyunda keçirilmiş qəbul imtahanının nəticəsini elan edib
18-06-2025, 17:17
Kamran Əliyev üç rayona prokuror təyin edib
18-06-2025, 14:14
Prezident İlham Əliyev Nataliya Kiselovanı qəbul edib - Fotolar
18-06-2025, 14:03
Zakir Həsənov Belarusda hərbi zavodlara baş çəkib
18-06-2025, 13:12
Ağdama növbəti köç karvanı gedib - (Yenilənib)