ÜST direktoru Qəzza ilə bağlı çağırış edib
Tarix: 05-09-2025 11:48 | Bölmə: Dünya
ÜST direktoru Qəzza ilə bağlı çağırış edib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Qəzzaya genişləndirilmiş, davamlı, təhlükəsiz qida və dərman çatdırılmasına dair çağırış edib.

Reyting.az
xəbər verir ki, baş direktor çağırışını “X” sosial media platformasında İsrailin intensiv hücumu altında olan və aclığa sürüklənən Qəzzadakı vəziyyətlə bağlı edib.

Qebreyesus qeyd edib ki, ÜST Qəzzada aclığa cavab olaraq Qəzza zolağının cənubunda yerləşən Xan Yunisdəki Nasser Xəstəxanasında körpələrə və xəstələrə dəstək olmaq üçün vacib qida ləvazimatları paylayır. O, bu vəsaitlərin yeni doğulmuş körpələr və qida dəstəyinə ehtiyacı olan xəstələr üçün həyati əhəmiyyət kəsb etdiyini bildirib.

“Biz Qəzzada qida və dərmana geniş, davamlı və təhlükəsiz çıxış üçün çağırışlar etməyə davam edirik. Sülh ən yaxşı dərmandır”, - Qebreyesus əlavə edib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər