18:42 / 05-09-2025
Daşkəsənin Alaxançallı kəndində sel fəsadlar törədib
18:05 / 05-09-2025
Britaniya baş nazirinin müavini istefa verib
17:49 / 05-09-2025
Astarada kütləvi zəhərlənmə olub - Yenilənib
17:32 / 05-09-2025
Azərbaycan və Macarıstan arasında yeni sənədlər imzalanıb
17:30 / 05-09-2025
Bəxtiyar Məmmədova Alay komandiri vəzifəsi həvalə olunub
17:07 / 05-09-2025
Əli Əsədov qərar imzalayıb
16:58 / 05-09-2025
Qadını maşınla vuran sürücü döyülüb
16:41 / 05-09-2025
Bakıda evlərə girən qadın saxlanııb - Video
16:11 / 05-09-2025
Atletlər Komissiyanın sədri dəyişib
15:46 / 05-09-2025
ABŞ altı ölkəni böyük təhlükə ilə üz-üzə qoyur
15:46 / 05-09-2025
Tramp: "ABŞ Rusiya və Hindistanı Çinə uduzub"
15:19 / 05-09-2025
Kreml: Ukrayna ərazisində Şimali Koreya hərbçiləri yoxdur
15:13 / 05-09-2025
"Tərtər işi": cinayət işi üzrə qərar verilib
15:09 / 05-09-2025
Kabab qonaqlığı - Hekayə
14:52 / 05-09-2025
Təqsirləndirilən şəxs: "Vardanyanın yaratdığı silahlı birləşməyə qoşulmuşam"
14:40 / 05-09-2025
Azərbaycanın üzvlüyünün bloklanması... - Rusiya da yaxından iştirak edib
13:41 / 05-09-2025
"Teleqram" üzərindən hücumlarla bağlı araşdırmanın nəticələri açıqlanıb
13:36 / 05-09-2025
Sabah hava necə olacaq? - Proqnoz
13:17 / 05-09-2025
Mask Trampın dəvətini qəbul etməyib
13:05 / 05-09-2025
Qarabağdan köçənlər Ermənistanda vətəndaşlıq alır
13:01 / 05-09-2025
Prezident yol tikintisinə 2 milyon manat ayrıb - Sərəncam
12:56 / 05-09-2025
Rusiya XİN AZAL-ın vurulan təyyarəsi ilə bağlı yalan məlumat yayıb
12:51 / 05-09-2025
İsrail ordusu Qəzzanın 40 faizini nəzarətə götürüb
12:46 / 05-09-2025
ABŞ və OPEC+ neftin qiymətlərini aşağı salır
12:37 / 05-09-2025
Füzulidə yanğın törədən şəxs tutulub
12:34 / 05-09-2025
Putin: Zelenskiyə təhlükəsizlik zəmanəti verməyə hazırıq
12:33 / 05-09-2025
İçərişəhərdə yeni Xidmət Mərkəzi fəaliyyətə başlayıb
12:28 / 05-09-2025
Adəm Məmmədov azadlığa buraxılıb - Fotolar
12:16 / 05-09-2025
Milli Məclisin növbədənkənar sessiyası çağırılıb
11:48 / 05-09-2025
ÜST direktoru Qəzza ilə bağlı çağırış edib
08:55 / 01-09-2025

18:10 / 01-09-2025

16:05 / 02-09-2025

19:51 / 02-09-2025

16:45 / 01-09-2025

19:47 / 01-09-2025

07:40 / 02-09-2025

07:23 / 01-09-2025

22:48 / 02-09-2025

13:53 / 01-09-2025

15:59 / 01-09-2025

15:28 / 02-09-2025

Prezidentdən dünyaya mesaj: "Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək"
Tarix: 26-06-2019 22:37 | Bölmə: Gündəm

İyunun 26-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyində yenidənqurma və əsaslı təmir işlərindən sonra yaradılan şəraitlə tanış olub.
Reyting.az xəbər verir ki, Müdafiə naziri Zakir Həsənov burada aparılmış yenidənqurma və əsaslı təmir işləri barədə məlumat verib.
Bildirilib ki, Cəmşid Naxçıvanski adına Hərbi Lisey 11 hektar ərazini əhatə edir. Burada tikinti, təmir və yenidənqurma işləri 2018-ci ilin fevral ayında başlanıb. Hərbi Liseyin ərazisində qərargah binası, kursant yataqxanası, tibb məntəqəsi, hamam-camaşırxana-qazanxana kompleksi inşa edilib, eləcə də mövcud binalar əsaslı təmir olunub və qurğular yerləşdirilib. Hərbi Liseydə sahəsi 1800 kvadratmetr olan üçmərtəbəli yeni qərargah binası inşa olunub. Ərazidə geniş yaşıllaşdırma işləri aparılıb, abadlıq tədbirləri görülüb. Binanın qarşısında Cəmşid Naxçıvanskinin büstü və ətrafında xatirə kompleksi yerləşir.
Liseyin ərazisində tibb məntəqəsi də inşa olunub. İkimərtəbəli 32 çarpayılıq tibb məntəqəsində funksional diaqnostika, həkim, oftalmoloji kabinetlər, laboratoriya, sarğı otağı, təxirəsalınmaz yardımın göstərilməsi üçün otaq, xidməti otaqlar, palatalar və müasir yeməkxana yaradılıb. Buradakı şərait şəxsi heyətə yüksək səviyyədə ixtisaslı tibbi yardımın göstərilməsinə imkan verir.
Hərbi Liseydə yaradılan qapalı idman kompleksində kursantların idmanla məşğul olmaları üçün hərtərəfli imkanlar var. Kompleksdə trenajor, gimnastika zalları, mini futbol, basketbol və voleybol oyunlarının keçirilməsi üçün meydança yaradılıb.
Sonra dövlət başçısı Hərbi Liseydəki Heydər Əliyev Muzeyi ilə tanış oldu. Hələ sovet dövründə gələcəkdə müstəqil Azərbaycanın milli zabit kadrlarının yetişdirilməsi zərurətini uzaqgörənliklə diqqətə alan ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradılıb. Ölkəmizə rəhbərliyinin bütün dövrlərində bu hərbi təhsil ocağına ən yüksək səviyyədə diqqət və qayğı göstərən ümummilli lider Heydər Əliyevin 1998-ci və 2002-ci illərdə imzaladığı sərəncamlarla Hərbi Liseyin yaradılmasının 25 və 30 illik yubileyləri dövlət səviyyəsində geniş qeyd edilib. Muzeydə ulu öndər Heydər Əliyevin və Prezident, Ali Baş Komandan İlham Əliyevin Azərbaycanda nizami ordu quruculuğu, Silahlı Qüvvələrimizin hərbi qüdrətinin artırılması, o cümlədən Hərbi Liseyin inkişafına göstərdikləri yüksək diqqət və qayğını əks etdirən fotolar, sənədlər və nəşrlər nümayiş olunur.
Dövlət başçısı Hərbi Liseydə təhsil alan kursantların yaşayış və məişət şəraitinin yaxşılaşdırılması məqsədilə inşa olunan dördmərtəbəli yataqxana korpusu ilə də tanış oldu. Yeni tikilən binada konfrans zalı, ideoloji, məişət və digər otaqlar zəruri avadanlıqla təchiz edilib. Yataqxanada kursantların qalması, istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait var. Liseydə üçmərtəbəli yataqxana korpusu da əsaslı təmir olunub.
Sonra Prezident İlham Əliyev Hərbi Liseyin klubunda yaradılan şəraitlə tanış olub. Liseydə aparılan yenidənqurma və təmir işləri çərçivəsində klubun binası da əsaslı təmir edilib. Klubun 350 yerlik binasında mədəni-maarif tədbirlərinin keçirilməsi üçün bütün şərait var. Burada, eyni zamanda, ölkənin və liseyin həyatında baş verən əlamətdar hadisələri qeyd etmək mümkündür.
Daha sonra dövlət başçısı kursant yeməkxanasında yaradılan şəraitlə maraqlanıb. İkimərtəbəli yeməkxana binası da əsaslı təmir olunub. Bütün avadanlıqla təchiz edilmiş binada eyni vaxtda 600 kursant nahar edə bilər. Burada yemək zalı, mətbəx və təsərrüfat otaqları, ərzaq və soyuducu anbarlar var. Dövlətimizin başçısının qayğısı sayəsində bu gün Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların qidalanması məsələsinə də xüsusi diqqət yetirilir.
Hərbi Liseyin tədris korpusunda yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyevə məlumat verilib ki, dördmərtəbəli bina da əsaslı təmir edilib. Burada tədris prosesi Azərbaycan dili, ictimaiyyət, riyaziyyat, informatika, xarici dil və təbiət fənn bölmələri üzrə həyata keçirilir. Korpusda fənn kabinetlərində, kimya və fizika laboratoriyalarında kursantların bilik və hazırlıqlarının artırılması üçün hər cür şərait yaradılıb.
Yenidənqurma işləri zamanı liseyin təntənəli mərasimlər, sıra təlimləri, düzülüşlər, şəxsi heyətin sıra baxışı, döyüş və fiziki hazırlıq, eləcə də digər tədbirlərin keçirilməsi üçün sahəsi üç min kvadratmetr olan sıra meydanı da salınıb və tribuna inşa edilib.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqəti sayəsində son illərdə Azərbaycan Ordusu istər döyüş qabiliyyətinə, istər maddi-texniki bazasına, istərsə də müasir silah-sursat arsenalına görə dünyada lider yerlərdən birini tutur. Bu, göstərir ki, Azərbaycanda ordu quruculuğuna dair bütün mühüm tədbirlər ardıcıl surətdə, dünya təcrübəsi nəzərə alınmaqla uğurla reallaşdırılır. Dövlətimizin başçısının rəhbərliyi ilə Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımlar bu gün milli ordumuzun dünyanın ən qüdrətli orduları sırasına daxil olmasına imkan yaradıb. Görülən işlərin nəticəsidir ki, bu gün ordumuz dünyanın ən güclü 50 ordusu sırasındadır.
Prezident, Ali Baş Komandan İlham Əliyev 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantlarını və müəllimlərini təbrik edərək deyib:
"Silahlı Qüvvələr Günü münasibətilə Sizi təbrik edir, hər birinizə uğurlar arzulayıram. Arzu edirəm ki, siz gözəl hərbçi kimi özünüzü göstərəsiniz. Bilirsiniz ki, bu məktəbin təməlini ulu öndər Heydər Əliyev qoymuşdur. Onun təşəbbüsü ilə bu məktəb 1971-ci ildə yaradılmışdır. Ulu Öndər həmişə bu məktəbin fəaliyyətinə böyük diqqət göstərmişdir. Hələ o vaxt bilirdi ki, bizə milli hərbçi kadrlar lazım olacaq və belə də oldu.
Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bizim ordumuzun gücü, döyüş qabiliyyəti, peşəkarlığı artır. Bu gün ordumuz ən yüksək səviyyədədir.
Ulu Öndərin misilsiz xidmətləri Azərbaycan xalqının qəlbində daim yaşayır. Biz onun işini davam etdiririk. Ordu quruculuğu prosesi uğurla, sürətlə gedir. Müasir səviyyədə işlər görülür, hərbi texnika alınır, döyüş qabiliyyəti artır. Bir sözlə, bu gün Azərbaycan Ordusu öz gücünü göstərir və göstərməlidir.
Biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib və biz hər an hazır olmalıyıq ki, doğma torpaqlarımızı işğalçılardan azad edək. Əminəm ki, bu gün gələcək və Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək.
Bizim imkanlarımız artır, maddi vəziyyətimiz yaxşılaşır, orduya lazım olan texnika, silah-sursat alınır, gətirilir. Bir sözlə, biz bütün bu işləri ona görə edirik ki, daha güclü orduya malik olaq və öz ərazi bütövlüyümüzü bərpa edək.
Azərbaycan bu gün bütün sahələrdə uğurla inkişaf edir. Əminəm ki, bu inkişaf dayanıqlı olacaq.
Sizə - burada oxuyan kursantlara və çalışan müəllimlərə yeni uğurlar, cansağlığı arzulayıram. Vətənin qorunması işində siz həmişə fəal olmalısınız və öz gücünüzü göstərməlisiniz.
Sizi bir daha təbrik edirəm”.
Bölməyə aid digər xəbərlər

Dünən, 11:41
Bakıda erməniəsilli şəxslərin məhkəməsi davam edir
3-09-2025, 19:50
Prezident İlham Əliyevin Çinə səfəri başa çatıb - Fotolar
3-09-2025, 17:18
Saxta domenlər bloklanıb
3-09-2025, 10:18
İlham Əliyevlə Şavkat Mirziyoyev Pekində görüşüblər - Video
3-09-2025, 10:00
İlham Əliyev Pekində dövlət başçılarının şərəfinə verilən ziyafətdə iştirak edib - Video
3-09-2025, 07:29
Prezident və birinci xanım Qələbə paradını izləyiblər
2-09-2025, 16:28
Avropa İttifaqının yeni səfiri Azərbaycana gəlib - Foto
2-09-2025, 12:02
İlham Əliyev Çin şirkətinin sədri ilə görüşüb - Fotolar
2-09-2025, 11:15
İlham Əliyev Tiencində vitse-prezidentlə görüşüb - Foto
1-09-2025, 17:27
Mehriban Əliyeva birinci xanımlarla gəmi gəzintisində iştirak edib - (Yenilənib) - Fotolar
1-09-2025, 15:59
İlham Əliyev "ŞƏT plyus" formatındakı görüşdə çıxış edib - Yenilənib
1-09-2025, 12:49
İlham Əliyevlə Nikol Paşinyan görüşüb
1-09-2025, 10:52
İlham Əliyev Maldiv prezidenti ilə görüşüb - (Yenilənib) - Foto
1-09-2025, 10:35
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
1-09-2025, 07:57
Türkiyə və Çin liderləri Orta Dəhlizi müzakirə ediblər
31-08-2025, 11:37
İlham Əliyev Sadır Japarova məktub göndərib
31-08-2025, 09:50
Si Cinpin: Azərbaycan-Çin əlaqələri inkişaf edir
30-08-2025, 19:30
Aİ-nin xüsusi nümayəndəsi Naxçıvana gəlib
30-08-2025, 18:08
Prezident İlham Əliyev Çinə səfər edib - Fotolar
30-08-2025, 08:13
Bakı-Ağdam sərnişin qatarı istifadəyə verilib
29-08-2025, 18:25
MİQ üzrə müsahibə mərhələsinin nəticələri elan olunub
29-08-2025, 16:13
Prezident icra başçısına şiddətli töhmət verib
29-08-2025, 16:10
"Qarabağ" futbol klubuna 5 milyon manat ayrılıb - Sərəncam
29-08-2025, 12:32
Ali Məhkəmə daha bir iş üzrə vahid qərar qəbul edib
29-08-2025, 10:03
Kolleclərin boş qalan plan yerləri üzrə ixtisas seçimi başlayıb
27-08-2025, 13:54
Ağdama növbəti köç karvanı gedib - (Yenilənib)
27-08-2025, 12:11
Prezident İlham Əliyev Maya Sanduya məktub ünvanlayıb
27-08-2025, 10:44
İlham Əliyev: "Azərbaycan torpağında bir nəfər də rus əsgəri yoxdur"
26-08-2025, 22:01
Ağstafanın meşə sahəsində yanğın məhdudlaşdırılıb
26-08-2025, 18:31
Plan yerləri ən çox üçüncü ixtisas qrupunda dolub
26-08-2025, 18:19
Ali təhsil müəssisələrinə qəbul olanların sayı açıqlanıb
26-08-2025, 17:24
Hərbçilərimiz Türkiyədə komando kursunda iştirak edirlər
26-08-2025, 16:44
Nazirlər Kabinetinin xüsusi iclası keçirilib - (Yenilənib)
26-08-2025, 15:01
Eldar Əzizov müşavirə keçirib, tapşırıqlar verib
26-08-2025, 10:15
Dindarlar adından Mehriban Əliyevaya müraciət ünvanlanıb - Foto
26-08-2025, 01:04
Bu gün Laçın Şəhəri Günüdür