"Danışmağa çoxlu məsələlər var" - Putinlə Tramp görüşdü - Yenilənib
Tarix: 28-06-2019 10:39 | Bölmə: Gündəm
"Danışmağa çoxlu məsələlər var"  - Putinlə Tramp görüşdü

Yaponiyanın Osaka şəhırində "Böyük-20”liyin ("G-20”) zirvə toplantısı çərçivəsində ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti VladimirPutin arasında görüş keçirilir.

Məlumatı "RİA Novosti” yayıb.

"Danışmağa çoxlu məsələlər var. Bütün mövzular müəyyənləşdirilib”,- deyə görüşün əvvəlində V.Putin bildirib.

D.Tramp da öz növbəsində ticarət və tərki-silah məsələləri də daxil olmaqla müzakirə edəcəkləri çoxsaylı mövzunun olduğunu vurğulayıb: "Bizim çox maraqlı müzakirəmiz olacaq”.

***

ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüş başa çatıb.

Bu barədə RİA "Novosti” məlumat yayıb.

Ağ evdən bildirilib ki, prezidentlər İran, Suriya, Venesuela və Ukraynadakı vəziyyəti müzakirə ediblər.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}