16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
General nazirin birinci müavini təyin olundu - DİN-də dəyişiklik
Tarix: 05-07-2019 18:50 | Bölmə: Gündəm
General nazirin birinci müavini təyin olundu - DİN-də dəyişiklik

Prezident İlham Əliyev bu gün daha bir sərəncam imzalayıb.

Reyting.az
Strateq.az-a istinadla xəbər verir ki, sərəncama əsasən, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, general-mayoru Seyfulla Əzimov Daxili işlər nazirinin birinci müavini təyin edilib.

Xatırladaq ki, Seyfulla Əzimov da Azərbaycan Polis Akademiyasının məzunudur.

Əvvəllər Nəsimi Rayon 22-ci Polis Bölməsinin rəisi, Nərimanov Rayon Polis İdarəsinin rəis müavini, Quba Rayon Polis Şöbəsinin rəisi vəzifələrində işləyib.

2014-cü ilin noyabrın 4-dən isə, o, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi vəzifəsini tuturdu.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}