10:09 / 22-10-2025
Helium ehtiyatına altı ölkə nəzarət edir - Siyahı
10:01 / 22-10-2025
Dağıstan PUA hücumuna məruz qalıb - Foto
09:44 / 22-10-2025
19 yaşlı qızın intiharı: “Gəlinliyə görə oğlan evi dava saldı, dedilər, açıq-saçıqdır”
09:32 / 22-10-2025
Venesuela ABŞ-la münaqişədə Kolumbiyaya dəstək verəcək
08:53 / 22-10-2025
Beynəlxalq səyahətçilərin Qarabağa növbəti səfəri başlayır
08:28 / 22-10-2025
Vens: Türkiyə Qəzzada atəşkəsdə konstruktiv rol oynayır
08:18 / 22-10-2025
Litva Belarusla sərhəd-keçid məntəqələrini bağlayıb
08:14 / 22-10-2025
Sikorskinin Putini hədələməsi ağılsızlıqdır
08:09 / 22-10-2025
ABŞ Rusiyanı zəiflətməyin yeni üsulunu tapıb
07:58 / 22-10-2025
Ərdoğan Qətərə səfər edib
07:43 / 22-10-2025
Çin eyni anda 15 947 dron qaldırıb - Video
07:34 / 22-10-2025
NASA Maskın şirkətindən imtina edə bilər - Foto
07:16 / 22-10-2025
Luvr muzeyinə dəymiş zərər 88 milyon avrodur
00:11 / 22-10-2025
Azərbaycan-İran dövlət sərhədinin tam nəzarətə götürülməsindən beş il ötür
23:44 / 21-10-2025
Əli Əsədov Gürcüstana səfər edib
23:39 / 21-10-2025
İlham Əliyevin Qazaxıstana dövlət səfəri başa çatıb - Foto
23:28 / 21-10-2025
Biləsuvarda 45 yaşlı kişi bıçaqlanıb
19:15 / 21-10-2025
Həcc ziyarətinə sənəd qəbulu başlayır
18:51 / 21-10-2025
Yüksək temperatura dözümlü metal ixtira ediblər
18:00 / 21-10-2025
“Atletik”in baş məşqçisi: "Qarabağ” turnir cədvəlində yuxarı pillədədir, amma biz..."
17:59 / 21-10-2025
Astanada Əliyevlə Tokayev təkbətək görüşüb, birgə bəyanat veriblər - (Yenilənib) - Fotolar
17:48 / 21-10-2025
Muxtar Babayev keçmiş işçisinə vəzifə verib
17:24 / 21-10-2025
İlham Əliyev Tokayevi Azərbaycana dəvət edib
17:11 / 21-10-2025
Bıçaqlanan mətbuat katibi evə buraxılıb
16:53 / 21-10-2025
Əliyev və Tokayev "Alem.ai" Beynəlxalq Süni İntellekt Mərkəzində olublar
16:50 / 21-10-2025
Ali Məhkəməyə iki hakim təyinatı olacaq
16:36 / 21-10-2025
“Ulduz” jurnalının oktyabr sayı işıq üzü görüb - Foto
16:26 / 21-10-2025
Ən maraqlı yeddi körpü - Fotolar
16:23 / 21-10-2025
Sumqayıtda iynə vurulan 43 yaşlı kişi ölüb
16:21 / 21-10-2025
Milli Məclis daha 17 məsələyə baxacaq
12:11 / 17-10-2025

12:00 / 21-10-2025

19:51 / 17-10-2025

15:51 / 20-10-2025

16:01 / 18-10-2025

16:07 / 20-10-2025

16:05 / 21-10-2025

16:15 / 18-10-2025

14:28 / 20-10-2025

19:14 / 18-10-2025

18:38 / 17-10-2025

13:12 / 21-10-2025

Prezidentlərdən Bakıda mühüm bəyanat: "Bütün planlarımız həyata keçiriləcək"
Tarix: 09-07-2019 18:12 | Bölmə: Gündəm

Bu gün Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk mətbuata bəyanatlarla çıxış ediblər.
Reyting.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı
- Hörmətli cənab Prezident, əziz qonaqlar, xanımlar və cənablar.
İlk növbədə, mən bir daha Avropa İttifaqı Şurasının Prezidenti cənab Donald Tusku Azərbaycanda salamlamaq istərdim. Bu, cənab Prezidentin ölkəmizə ilk səfəri deyil, Avropa İttifaqı Şurasının Prezidenti qismində ikinci səfəridir. Mən dəfələrlə Brüsseldə səfərdə olmuşam. Beləliklə, bu, bizim çox fəal siyasi dialoq apardığımızı göstərir. Cənab Prezidentin bugünkü səfəri bir daha onu nümayiş etdirir ki, Avropa Komissiyası ilə Azərbaycan arasında əlaqələrin çox müsbət dinamikası var.
Bu gün təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə görüşlərimiz zamanı biz ikitərəfli əməkdaşlığımıza dair geniş spektrli məsələləri, regional inkişaf və təhlükəsizlik məsələlərini müzakirə etdik. Biz yeni sazişlə bağlı Avropa Komissiyası ilə Azərbaycan arasında davam edən danışıqları müzakirə etdik. Danışıqların perspektivləri ilə bağlı fikirlərimizi ifadə etdik. Danışıqlar uğurla davam edir. Bir çox məsələlər artıq öz həllini tapıb. Hazırda biz yaxşı tərəfdaşlıq ruhunda digər məsələlər üzərində iş aparırıq. Ötən il Avropa Komissiyası ilə Azərbaycan arasında Tərəfdaşlıq prioritetləri sənədi qəbul olundu. Bu, çox mühüm sənəddir. Burada Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək ifadə olunur.
Bu gün Cənab Prezidentlə təkbətək görüşümüz zamanı mən ona Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyimiz barədə məlumat verdim. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən həll olunmalıdır. Uzun illərdir ərazilərimiz erməni işğalı altındadır. Bir milyondan çox qaçqın və məcburi köçkün bu təcavüz və işğaldan əziyyət çəkir. Bizim qəti mövqeyimiz ondan ibarətdir ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Səylərimiz münaqişənin ən tez zamanda həllinə yönəlib. Münaqişənin indiyədək həll olunmamasının əsas səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyidir. Qeyd etməliyəm ki, beynəlxalq ictimaiyyətin və ATƏT-in Minsk qrupunun səyləri münaqişənin ən tez zamanda həllinə yönəlməlidir. Status-kvo qəbuledilməzdir və dəyişməlidir. Status-kvonun dəyişməsi Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin başlanması deməkdir.
Bu gün biz, həmçinin enerji təhlükəsizliyi, nəqliyyat sektoru ilə bağlı məsələləri müzakirə etdik. Azərbaycan və Avropa İttifaqı bu sahələrdə çox konstruktiv əməkdaşlıq edir. Cənub Qaz Dəhlizi layihəsi uğurla həyata keçirilir. Nəqliyyat sektoruna gəlincə, Azərbaycanda logistika və nəqliyyat sahəsinə yatırılan investisiyalar bizə mühüm nəqliyyat habına çevrilmək imkanı verib. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri ölkəmizin ərazisindən keçir. Sözsüz ki, coğrafi mövqeyimiz üstünlük yaradır, lakin nəqliyyat sektoruna investisiyalar yatırılmasaydı, coğrafi mövqeyimiz o qədər də böyük məna kəsb etməzdi. Bu səbəbdən də son illərdə bizim bu istiqamətdəki səylərimiz artıq yaxşı nəticələr verir, Azərbaycan mühüm tranzit ölkəyə çevrilir. Gələcəkdə bizim tranzit ölkə kimi rolumuz sözsüz ki, artacaq.
Biz digər sektorlarda da yaxşı əməkdaşlıq edirik. Ümidvarıq ki, bütün planlarımız həyata keçiriləcək. Çünki Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr tərəfdaşlıq ruhu və qarşılıqlı dəstəyə əsaslanır. Mən bu əlaqələrin inkişafına verdiyi şəxsi töhfəyə görə xüsusilə Prezident Tuska minnətdarlığımı bildirmək istərdim. O, Azərbaycandakı vəziyyətə yaxşı bələddir. Onun bizim yaxınlaşmağımızda rolu çox mühümdür. Biz də öz tərəfimizdən Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığı gücləndirmək üçün çox işlər görürük.
Mən, həmçinin qeyd etmək istərdim ki, Azərbaycan Avropa İttifaqının bir neçə üzv ölkəsi ilə strateji tərəfdaşlığa dair sənədləri qəbul edib və ya imzalayıb. Bu da bizim əməkdaşlığımıza yaxşı töhfədir.
Cənab Prezident, bir daha xoş gəlmisiniz. Bu gün bizimlə olduğunuza görə təşəkkür edirəm.
***
Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskun bəyanatı
- Əvvəla bizi səmimi qarşıladığınıza və bizə göstərdiyiniz qonaqpərvərliyinizə görə Sizə təşəkkür edirəm, cənab Prezident. Bakıya qayıtmaq məndə həqiqətən də məmnunluq hissi doğurur. Kağızımda "küləklər şəhəri” yazılıb, mən bilirəm, bu, Bakının ənənəvi adıdır, lakin bu gün şəhər çox sakit görünür.
Azərbaycan çox nadirdir. Ölkəniz özündə ənənə və müasirliyi birləşdirir. Bu günün mürəkkəb coğrafi landşaftındakı strateji mövqeyinizə görə Siz həm Şərqə, həm də Qərbə doğru baxırsınız. Əvvəllər də qeyd etdiyim kimi, cənab Prezident, Avropa İttifaqı Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir. Avropa İttifaqı və Azərbaycan hər il bir-birinə yaxınlaşır. Münasibətlərimiz intensivləşib və mənim bugünkü səfərim buna aydın işarədir. 2018-ci ildə biz tərəfdaşlıq üzrə prioritetləri müəyyən etdik və Ümumi Aviasiya Məkanı üzrə Saziş, habelə yeni Aİ-Azərbaycan sazişi üzrə danışıqlar yekunlaşmaq üzrədir. İqtisadiyyatlarımız bunlardan faydalanacaq və bizim siyasi, biznes və mədəni münasibətlərimiz dərinləşəcək. Əlbəttə ki, biz bizi sözün həqiqi mənasında birləşdirən Cənub Qaz Dəhlizini unutmamalıyıq. Bu müsbət məqam tərəfdaşlığımızı daha yüksək səviyyəyə qaldırmalı, bütün xalqlarımız üçün birbaşa faydalı olmalıdır, Azərbaycanın islahatlar və iqtisadi şaxələnmə prosesini müşayiət etməlidir.
Azərbaycan özünü nəqliyyat və logistika qovşağına çevirmək üçün mühüm addımlar atıb. Mən Azərbaycanın Şərq və Qərblə, eyni zamanda, Şimal və Cənub tərəfdaşları üçün iddialarının təcəssümü olan Bakı limanına səfər etməyi səbirsizliklə gözləyirəm.
Bu gün Prezident Əliyevlə apardığım müzakirələrdə mən Azərbaycanla əməkdaşlığı daha da dərinləşdirmək üçün Avropa İttifaqının hazır olduğunu bir daha təsdiq etdim və eyni zamanda, bizim qanunun aliliyi, insan hüquqları və əsas azadlıqlara nə qədər böyük önəm verdiyimizi vurğuladım. Avropa İttifaqı hesab edir ki, həqiqətən açıq olan cəmiyyət uzunmüddətli sabitliyin və bütün vətəndaşlar üçün yaxşı həyatın ən gözəl təminatıdır.
Regionda sabitliyə istinad edərək biz, həmçinin həll olunmamış Dağlıq-Qarabağ münaqişəsini də müzakirə etdik. Bu münaqişə hərbi yolla yox, yalnız beynəlxalq hüququn prinsipləri əsasında siyası yolla öz həllini tapmalıdır. Avropa İttifaqı Minsk qrupu həmsədrlərinin səylərini və Helsinki Yekun Aktının əsas prinsipləri əsasında diqqətin münaqişənin ədalətli və davamlı həllinə yönəlməsini tamamilə dəstəkləyir.
Biz ümumilikdə gərginliyin azalmasını yüksək dəyərləndiririk, lakin təmas xətti boyunca son itkilər həmsədrlər kimi bizi də narahat edir. Güc tətbiq etməmək üçün təmkinli olmaq önəmlidir, lakin, eyni zamanda, sülhə və səmərəli danışıqların aparılmasına imkan verən ab-havanın bərpasına yönəlmiş tədbirlər də mühüm əhəmiyyət kəsb edir. Avropa İttifaqı artıq sülhün qurulmasına yönəlmiş fəaliyyətləri dəstəkləyir və xalqları sülhə hazırlamaq üçün konkret tədbirlərlə kömək etməyə hazırdır.
Nəhayət, bu gün günün ikinci yarısında mən Qobustana səfər etmək şərəfinə nail olacağam. Romalı legionerlər tərəfindən qaya üzərində çəkilən təsvirlər Azərbaycanın minilliklər ərzində Avropada necə də mühüm yer tutduğunun sübutudur. Bu zaman dönəmində mən tərəfdaşlığımızı gələcək illərdə inkişaf etdirəcəyimizi səbirsizliklə gözləyirəm.
Sağ olun, cənab Prezident.
Bölməyə aid digər xəbərlər

Bu gün, 07:58
Ərdoğan Qətərə səfər edib
Dünən, 17:24
İlham Əliyev Tokayevi Azərbaycana dəvət edib
Dünən, 13:25
Astanada Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib - Fotolar
20-10-2025, 11:26
Qarabağ zonasında daha 1587.8 hektar ərazi minalardan təmizlənib
20-10-2025, 08:25
Tufan Erhürman Şimali Kipr Türk Respublikasının yeni prezidentidir
19-10-2025, 08:12
Azərbaycan diplomatiyasının Qızıl Dövrünə düşən 15 gün
18-10-2025, 11:54
İlham Əliyev “Kazinform”a müsahibə verib
18-10-2025, 11:14
Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisi açılıb
18-10-2025, 00:03
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
17-10-2025, 18:38
Prezident yeni səfirlik təsis edib - Sərəncam
17-10-2025, 16:00
Bakıda TDT-nin Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci iclası keçiriləcək
17-10-2025, 14:29
Prezident konfrans iştirakçılarına müraciət edib
17-10-2025, 12:48
Milli Məclisin plenar iclasının vaxtı elan olunub
17-10-2025, 12:30
Gizir və miçmanların həqiqi hərbi xidmət müddəti artırılır
17-10-2025, 11:05
Parlament prezident və birinci xanıma təbrik məktubu ünvanlayıb
17-10-2025, 09:27
Füzuli Şəhəri Günü münasibətilə atəşfəşanlıq olacaq
17-10-2025, 07:53
Prezident İlham Əliyev Füzuli ilə bağlı paylaşım edib - Video
17-10-2025, 00:02
Füzulinin işğaldan azad olunmasından beş il ötür
16-10-2025, 13:23
Daha bir səfirin etimadnaməsi təqdim olunub - Fotolar
16-10-2025, 12:29
Prezident yeni səfirin etimadnaməsini qəbul edib - Foto
16-10-2025, 12:23
İlham Əliyev BMT nümayəndəsini qəbul edib - Fotolar
15-10-2025, 18:09
Ramiz Mehdiyevin əmlakları müsadirə oluna bilər
15-10-2025, 15:48
İnsan hüquqlarının pozulmasına dair şikayətvermə qaydası dəyişib
15-10-2025, 13:28
Azərbaycanla Braziliya təhsil sahəsində əməkdaşlıq edəcək
15-10-2025, 13:21
Prezident yeni idarə yaradıb - Fərman
15-10-2025, 12:43
Qarabağın 19 yaşayış məntəqəsinə köç olacaq
15-10-2025, 11:48
İlham Əliyev forum iştirakçılarına müraciət ünvanlayıb
15-10-2025, 11:26
Xankəndidə III Milli Şəhərsalma Forumu başlayıb
15-10-2025, 00:03
İlham Əliyevin ilk dəfə Azərbaycan prezidenti seçilməsindən 22 il ötür
14-10-2025, 19:03
İlham Əliyev Sülh Sammiti ilə bağlı növbəti paylaşım edib
14-10-2025, 16:15
Şuşakəndə daha 27 ailə köçürülüb - (Yenilənib) - Fotolar
14-10-2025, 16:14
İlham Əliyev İslam İnkişaf Bankı ilə bağlı qanunu imzalayıb
14-10-2025, 10:20
İlham Əliyev "Rebuild Karabakh-2025" sərgisinin iştirakçılarına müraciət ünvanlayıb
14-10-2025, 10:01
Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
14-10-2025, 09:21
Bakıda məhkəmə sisteminə həsr olunmuş beynəlxalq konfrans keçirilir
13-10-2025, 20:30
İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edir - (Yenilənib)
13-10-2025, 20:10
Donald Tramp Misirdə İlham Əliyevi salamlayıb - Foto
13-10-2025, 16:19
İlham Əliyev Misirdə bir sıra ölkələrin liderləri ilə görüşüb