İlham Əliyev müxalifətçi alimi təltif edib - Fotolar
Tarix: 10-07-2019 21:02 | Bölmə: Gündəm
İlham Əliyev müxalifətçi alimi təltif edib

Prezident İlham Əliyev Cümhuriyyət dövrünün araşdırmaçısı Nəsiman Yaqublunun təltif edib.

Prezidentin sərəncamı ilə tarixçi alim “Azərbaycan Xalq Cümhuriyyətinin Yubiley Medalı” ilə təltif olunub.

Müsavat Partiyasının üzvü olan N. Yaqublu deyib ki, 31 illik cümhuriyyət tarixi araşdırmalarına diqqət göstərilib:

İlham Əliyev müxalifətçi alimi təltif edib
N. Yaqublu


“Cümhuriyyət haqqında ilk məqaləmi 1988-ci ildə yazdım - Əhməd Cavadla və onun fəaliyyəti ilə bağlı. İkinci kitabımı 1990-cı ildə yazdım - M.Ə.Rəsulzadə ilə bağlı. Bütün bunlar sovet dövründə oldu.

Müstəqil Azərbaycan dövründə nəşr edilən kitablarımın sayı 23-ə qədərdir. Bu işlərə müəyyən diqqət göstərilməsi təbii ki, insanda məmnunluq doğurur. Lakin Cümhuriyyətimizə və başda M.Ə.Rəsulzadə olmaqla qurucularımıza daha da çox diqqət artırılmalıdır”.

İlham Əliyev müxalifətçi alimi təltif edib

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}