20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Məhkəmə hakimlərinə vergidən azad olunan aylıq əlavə pul təminatı veriləcək
Tarix: 12-07-2019 13:09 | Bölmə: Gündəm
Məhkəmə hakimlərinə vergidən azad olunan aylıq əlavə pul təminatı veriləcək

Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə verilən aylıq pul təminatı artırılıb.

Reyting.az
xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında müzakirəyə çıxarılan "Məhkəmələr və hakimlər haqqında" qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Təklif edilən dəyişikliyə əsasən, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı veriləcək.

Hazırda isə bu məbləğ fərqlidir. Belə ki, hazırkı qanuna əsasən, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə vəzifə maaşının 25 faizi miqdarında, apellyasiya instansiyası məhkəmələrinin hakimlərinə vəzifə maaşının 20 faizi miqdarında, birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşının 15 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı verilir.

Təklif edilən dəyişikliyə əsasən, bütün hakimlərə verilən aylıq pul təminatı bərabərləşdirilir, yəni apelyasiya instansiyası məhkəmələrinin hakimlərinə verilən pul təminatı 5 faiz, birinci instansiya məhkəmələrinin hakimlərinə verilən pul təminatı isə 10 faiz artırılır.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər