Saakaşvilidən "Keşikçidağ"la bağlı açıqlama: "Mən Azərbaycan və gürcü xalqlarının müdrikliyinə inanıram"
Tarix: 16-07-2019 10:58 | Bölmə: Gündəm
Saakaşvilidən "Keşikçidağ"la bağlı açıqlama: "Mən Azərbaycan və gürcü xalqlarının müdrikliyinə inanıram"

“Mən Azərbaycan və gürcü xalqlarının müdrikliyinə inanıram. Biz yüzilliklərdir ki, xeyirxah dünyada yaşayırıq”.

Reyting.az
xəbər verir ki, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili bunu virtualaz.org-a Gürcüstan-Azərbaycan sərhədinin keçdiyi Keşikçidağ monastır kompleksi ətrafında baş verən hadisələrlə bağlı danışarkən deyib.

Gürcüstanın keçmiş prezidenti qeyd edib ki, daha əvvəl o öz “feysbuk” səhifəsində bütün bu hadisələr haqda fikrini bildirib.

M.Saakaşvili vurğulayıb ki, ona yalnız bütün bu problemlərin həll olunmasını və Azərbaycanla Gürcüstanın yaxşı qonşuluq münasibətlərini saxlamalarını və inkişaf etdirmələrini arzulamaq qalır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}