"MİQ-29"-un qəzaya düşməsi ilə bağlı istintaq qrupu yaradıldı – Prokurorluq açıqlama yaydı
Tarix: 25-07-2019 11:30 | Bölmə: Gündəm
"MİQ-29"-un qəzaya düşməsi ilə bağlı istintaq qrupu yaradıldı – Prokurorluq açıqlama yaydı

Azərbaycan Hərbi Hava Qüvvələrinin "MiQ-29" təyyarəsinin qəzaya uğraması ilə bağlı Hərbi Prokurorluqda cinayət işi başlanaraq hərbi prokurorluğun təcrübəli və peşəkar işçilərindən ibarət istintaq qrupu yaradılıb və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilməyə başlanılıb.

Reyting.az
Hərbi Prokurorluğa istinadla xəbər verir ki, hazırda ibtidai araşdırma intensiv davam etdirilir.

Bildirilib ki, hadisə yeri müəyyən olunaraq baxış keçirilməsi, iş üçün əhəmiyyət kəsb edən predmetlərin götürülməsi, hadisə şahidlərinin dairəsi müəyyən edilərək onların dindirilməsi, müvafiq ekspertizaların keçirilməsi və eləcə də digər zəruri istintaq hərəkətlərinin icrası təmin edilməklə, qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlər görüləcək.

Qeyd olunub ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun rəhbərliyi də istintaq qrupu ilə birlikdə hadisə yerinə gedib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}