16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
DSX: Düşmən snayperləri üzərində “Hərbi tibbi yardım” sözləri yazılan UAZ-ı atəşə tutub
Tarix: 29-07-2019 15:11 | Bölmə: Gündəm
DSX: Düşmən snayperləri üzərində “Hərbi tibbi yardım” sözləri yazılan UAZ-ı atəşə tutub

Azərbaycan-Ermənistan dövlət sər­hə­dində təmas xəttində yerləşən Döv­lət Sərhəd Xidmətinin sər­həd döyüş mövqelərinə qarşı düş­mən tərə­finin təxribatları davam etməkdədir.

Reyting.az
Dövlət Sərhəd Xidmətinə istinadla bildirir ki, iyulun 28-i saat 22:00 radələrində döyüş mövqe­lərimiz və arxa istiqa­mətdə hərəkətdə olan hərbi nəq­liyyat vasitələrimiz düşmən tərə­findən növbəti dəfə atə­şə tutul­ub.

Düşmən snayperləri tərəfindən açılan güllələr üzərində “Hərbi tibbi yardım” sözləri yazılan və qızıl aypara nişanının təsviri olan UAZ mar­kalı avtomobilə dəyib.

Düşmən snayperlərinin atəş nöqtələri cavab atəşilə susdurulub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}