23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
"Komissiya üzvləri "Keşikçidağ"a baş çəkəcək” - Növbəti görüşün vaxtı açıqlandı
Tarix: 30-07-2019 14:52 | Bölmə: Gündəm
"Komissiya üzvləri "Keşikçidağ"a baş çəkəcək” - Növbəti görüşün vaxtı açıqlandı

"Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası komissiyasının üzvləri ekspertlərlə birgə avqustun 19-da Keşikçi Dağı Məbəd-Kompleksinə baş çəkəcəklər”.

Bu barədə Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiyanın həmsədri, Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsalia bildirib.

Onun sözlərinə görə, birgə komissiya məbəd kompleksi ətrafında yaranmış vəziyyəti aydınlaşdırmağa çalışacaq.

L.Darsalia Keşikçi Dağı Məbəb-Kompleksi yaxınlığında azərbaycanlı və gürcü sərhədçilərinin sayının artırıldığını deyib: “Sakit atmosferi saxlamaq çox vacibdir. Komissiyanın fəaliyyəti davam edir. Problem artıq 25 ildir mövcuddur. Problem olduqca çətindir, lakin onu mümkün qədər tez həll etmək lazımdır”.

Komissiya həmsədri qeyd edib ki, sərhəddəki son insidentdən sonra hər iki tərəfdə müəyyən məhdudiyyətlər tətbiq olunur və əvvəlki rejimin bərpa olunması üçün iş aparılır.

XİN rəsmisi əlavə edib ki, ekspertlərin görüşünün avqust ayının 23-nə qədər davam edəcəyi planlaşdırılıb.

O, Gürcüstan və Azərbaycan hökumətlərinin iki ölkə arasında sərhədin delimitasiyası məsələləri ilə bağlı fəal əməkdaşlıq etdiyini vurğulayıb.

L.Darsalia ictimaiyyəti komissiyanın fəaliyyətinin mehriban qonşuluq və strateji tərəfdaşlıq ruhuna uyğun mühitdə normal şəraitdə davam etdirməyə imkan verməyə çağırıb/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}