20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Ermənilərdən növbəti təxribat: daha bir əsgərimiz yaralandı - DSX açıqlama yaydı
Tarix: 31-07-2019 19:50 | Bölmə: Gündəm
Ermənilərdən növbəti təxribat: daha bir əsgərimiz yaralandı - DSX açıqlama yaydı

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Qazax” əlahiddə sərhəd diviziyasının Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttindəki sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam edir.

DSX-nin mətbuat mərkəzindən Reyting.az-a bildiriblər ki, iyulun 31-də saat 16:40-da döyüş mövqelərimiz düşmən tərəfindən atəşə tutulub. Düşmənin atəş nöqtələri cavab atəşi ilə susdurulub.

Atışma zamanı Dövlət Sərhəd Xidmətinin döyüş növbəsində xidmət aparan bir hərbi qulluqçusu yaralanıb. Sərhədçiyə dərhal təxirəsalınmaz tibbi yardım göstərilib və hazırda həyatı üçün təhlükə yoxdur.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər