20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Elmira Süleymanova: “İşdən çıxmaq üçün Prezidentin qərarını gözləyirəm"
Tarix: 01-11-2019 14:02 | Bölmə: Gündəm
Elmira Süleymanova: “İşdən çıxmaq üçün Prezidentin qərarını gözləyirəm"

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova sosial şəbəkələrdə yaşlı nəslin nümayəndəsi olduğu üçün onun da istefa verməsinin məqsədəuyğun hesab edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

E. Süleymanova jurnalistlərə açıqlamasında deyib ki, işdən azad olunması ilə bağlı Prezident İlham Əliyevin qərarını gözləyir: “Sosial şəbəkələrdə adımın hallandırılması başqa bir məsələdir, bu haqda danışmaq istəmirəm. Çünki görürəm ki, kimsə səmimi bir söz deyəndə ona don geyindirirlər. Yaşlı şəxslərdən biri bu məsələ ilə bağlı danışanda “rəsmi qərarı gözləyirəm” dedi. Mən bu yanaşmanı və fikri çox bəyəndim. Mən də qısa olaraq deyə bilərəm ki, cənab Prezidentin rəsmi qərarını gözləyirəm”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər