19:45 / 24-10-2025
Anar Əsədli həbs olunub
Sədr postu uğrunda mübarizə ata-oğul qarşıdurmasına səbəb olub
Tarix: 25-10-2025 14:48 | Bölmə: Slayd
Sədr postu uğrunda mübarizə ata-oğul qarşıdurmasına səbəb olub

Bu gün Ana Vətən Partiyasının (AVP) qurultayı keçirilib. Növbədənkənar qurultayda qalmaqal yaşanıb.

Reyting.az
-ın məlumatına görə, AVP sədrinin müavini Elçin Ağamalı deyib ki, qurultayda atası Fəzail Ağamalı sədr postundan istefa verib.

Onun sözlərinə görə, növbədənkənar qurultayda partiyanın sədri seçilib.

E. Ağamalı APA-ya açıqlamasında sədr postuna 4 namizədin olduğunu söyləyib: “Günay Ağamalının (Fəzail Ağamalının qızı-red.) namizədliyini Fəzail Ağamalı, mənim namizədliyimi isə qurultay nümayəndələri irəli sürmüşdü. Fəzail Ağamalı mənim qurultayda çıxışıma imkan verməməyə çalışdı, təkidlərimdən sonra çıxış üçün 5 dəqiqə vaxt aldım. Qurultay nümayəndələrinin mənə münasibətini görən Fəzail Ağamalı zalın işığını söndürtdməyə çalışdı. Buna baxmayaraq 155 qurultay nümayəndəsinin 100-dən çoxunun səsi ilə sədr seçildim”.

Oğlu Elçin Ağamalı ilə yanaşı qızı Günay Ağamalı da sədr postuna iddialı olan AVP sədri Fəzail Ağamalı deyib ki, oğlu qurultayın işini pozmaq istəyib. Bu səbəbdən də qurultay nümayəndələri Fəzail Ağamalının növbəti qurultaya qədər sədr postunda qalmasını dəstəkləyiblər.

Deputat Günay Ağamalının köməkçisi isə APA-ya açıqlamasında Fəzail Ağamalının postunda qaldığını, Günay Ağamalının daha sonra qurultayda baş verənlərə münasibət bildirəcəyini söyləyib.

Onu da qeyd edək ki, qurultayda ata-oğul qarşıdurmasına mühafizəçilərin müdaxiləsi ilə son qoyulub.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
21-10-2025, 13:59 Ukrayna parçalana bilər
18-10-2025, 16:37 Vatikan zəfəri - Foto