14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
"Əgər ailə üzvlərindən biri Bakı qeydiyyatıdırsa..." - DİN-dən daha bir açıqlama
Tarix: 24-03-2020 13:04 | Bölmə: Gündəm
"Əgər ailə üzvlərindən biri Bakı qeydiyyatıdırsa..." - DİN-dən daha bir açıqlama

Daxili İşlər Nazirliyi ailə üzvlərindən biri Bakı qeydiyyatı olan və paytaxtda işləyən şəxslərin Bakıya buraxılıb-buraxılmaması məsələsinə aydınlıq gətirib.

Reyting.az-ın məlumatına görə, Nazirliyin mətbuat xidmətinin rəhbəri, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu cür məsələlərə polis postunda yerindəcə qərar veriləcək.

"Əgər ailə üzvlərindən biri Bakı qeydiyyatıdırsa, onların sənədləri yoxlanılacaq və bu məsələ müsbət formada öz həllini tapacaq. Misal üçün, ər Bakı qeydiyyatıdır, həyat yoldaşı rayon qeydiyyatıdırsa, onlar hər ikisi Bakıya buraxılacaq", - deyə nazirlik rəsmisi bildirib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}