07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Azərbaycanla İran arasında sərhədin bağlanması müddəti uzadılıb
Tarix: 25-03-2020 14:30 | Bölmə: Gündəm
Azərbaycanla İran arasında sərhədin bağlanması müddəti uzadılıb

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dövlət sərhədinin məhdudlaşdırıcı rejim əsasında müvəqqəti bağlanması haqda qərarın müddəti aprelin 20-dək uzadılır.

Nazirlər Kabineti yanında operativ qərargahdan Reyting.az-a verilən məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən koronavirus infeksiyasının (COVİD-19) qlobal pandemiya elan olunduğunu nəzərə alaraq, Azərbaycan Respublikası ərazisində virusun yayılmasının qarşısını almaq məqsədilə 29 fevral 2020-ci il tarixində İran ilə sərhədin məhdudlaşdırıcı rejim əsasında müvəqqəti bağlı saxlanmasına dair qərar qəbul olunub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}