23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Çin Azərbaycana tibbi humanitar yardım göndərdi - Fotolar
Tarix: 07-04-2020 16:02 | Bölmə: Gündəm
Çin Azərbaycana tibbi humanitar yardım göndərdi

Çin Xalq Respublikasının Cek Ma Fondu və Alibaba Fondu COVID–19 pandemiyası ilə mübarizə çərçivəsində Azərbaycana tibbi humanitar yardım göndərib.

Reyting.az
xəbər verir ki, bu barədə TƏBİB-dən bildiriblər.

Humanitar yardıma tibbi maska, test dəsti, xüsusi qoruyucu geyim, süni tənəffüs aparatı və məsafədən yoxlayan termometrlər daxildir.

TƏBİB-dən bildiriblər ki, hazırda COVID-19 pandemiyası ilə qlobal səviyyədə mübarizə aparıldığı bir dövrdə Azərbaycan və Çin xalqları dostluq ənənələrinə sadiq qalaraq, bu çətin günlərdə həmrəylik nümayiş etdirir:

“ÇXR-in bu yaxınlarda Azərbaycana COVID-19 infeksiyasının müəyyən olunması üçün test dəstləri hədiyyə etməsi bu dostluğun bariz nümunəsidir. Azərbaycan da Çinin epidemiya ilə mübarizə apardığı ilk günlərdən Çin xalqı ilə həmrəylik nümayiş etdirib, ona kömək məqsədilə maddi və mənəvi dəstəyini əsirgəməyib".

Çin Azərbaycana tibbi humanitar yardım göndərdi
Çin Azərbaycana tibbi humanitar yardım göndərdiÇin Azərbaycana tibbi humanitar yardım göndərdi




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}