20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 97 milyon manat ayrılıb - Sərəncam
Tarix: 09-04-2020 16:41 | Bölmə: Gündəm
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 97 milyon manat ayrılıb

Prezident İlham Əliyev "Koronavirus pandemiyasına qarşı Azərbaycan Respublikasında həyata keçirilən səhiyyə tədbirləri çərçivəsində zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün vəsait ayrılması haqqında" sərəncam imzalayıb.

Reyting.az
 xəbər verir ki, sərəncamda deyilir:

1. Koronavirus pandemiyasının yayılmasının qarşısının alınması və onunla mübarizənin gücləndirilməsi məqsədilə zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 97 milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər