Hərbi təyyarələrimiz döyüşə hazır vəziyyətə gətirilib - Fotolar
Tarix: 10-04-2020 12:07 | Bölmə: Gündəm
Hərbi təyyarələrimiz döyüşə hazır vəziyyətə gətirilib

Azərbaycanın Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələrinin “MiQ-29” və “Su-25” təyyarələrinin cəlb olunması ilə taktiki-uçuş təlimi keçirilib.

Müdafiə Nazirliyinin mlumatına görə, təlim zamanı qarışıq aviasiya qrupları tərəfindən yerüstü hədəflərin məhv edilməsi, hava hədəflərinin ələ keçirilməsi, hava hücumundan müdafiə səddinin aşılması və radioelektron mübarizə vasitələrindən istifadə olunmaqla şərti düşmənin hava hücumunun dəf edilməsi kimi tapşırıqlar üzrə məşq etdirilib.

Pilotlar yeni və modernizə olunmuş radioelektron mübarizə vasitələri ilə yaxın, orta və uzaq mənzilli hava hücumundan müdafiə sistemlərinin susdurulması imkanlarını yoxlayıb, eləcə də aviasiya vasitələrinin tətbiqi bacarıqlarını təkmilləşdiriblər.

Hərbi təyyarələrimiz döyüşə hazır vəziyyətə gətirilib
Hərbi təyyarələrimiz döyüşə hazır vəziyyətə gətirilib
Hərbi təyyarələrimiz döyüşə hazır vəziyyətə gətirilib

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}