"Azərişıq": "Əhaliyə veriləcək elektrik enerjisində güzəşt olacaq"
Tarix: 14-04-2020 14:23 | Bölmə: Gündəm
"Azərişıq": "Əhaliyə veriləcək elektrik enerjisində güzəşt olacaq"

Aprel ayından etibarən növbəti 2 ay üçün vətəndaşların elektrik enerjisindən aylıq istifadə limiti artırılıb.

Bunu "Azərişıq" ASC-nin İnformasiya Texnologiyaları Departamentinin rəisi Qalib Həmidov deyib.

Onun sözlərinə görə, aprel və may aylarında vətəndaşlar istifadə etdikləri elektrik enerjisinə görə limit 100 KVt artırılır: "Nazirlər Kabinetinin qərarı ilə enerji sərfiyyatı 300 kVt limit 400 kVt-a qaldırılıb.

Aprel ayında gələn ödəniş qəbzində enerji sərfiyyatı limitinin 300 kVt hesablanması çaşqınlıq yaratmasın. Çünki aprel ayında gələn ödəniş qəbzi mart ayı üçün hesablamadır. Ona görə də aprelin əvvəli təqdim edilən qəbzdə 300 kVt hesablanıb. May və iyun aylarında təqdim edilən göstəricidə limit 400 kVt olacaq. Bu proses iki ay davam edəcək. Aprel və may ayları üçün 400 kVt olacaq"/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər