Dünyanın ən böyük iki dərman şirkəti COVID-19-a qarşı vaksin hazırlayır
Tarix: 14-04-2020 17:39 | Bölmə: Gündəm
Dünyanın ən böyük iki dərman şirkəti COVID-19-a qarşı vaksin hazırlayır

Dünyanın ən böyük dərman şirkəti və peyvənd istehsalçılarından ikisi - Sanofi Pasteur və GlaxoSmithKline (GSK)- COVID-19-a qarşı peyvəndin tapılmasını sürətləndirmək üçün qüvvələrini birləşdirib.

Xəbərə görə, əczaçılıq sahəsində lider olan şirkətlər eksperimental peyvəndin "Sanofi"nin istehsal etdiyi qrip peyvəndi üzərində qurulacağını və peyvəndin təsirini artırmağa kömək edən GSK-nın istehsal etdiyi müvafiq gücləndirici elementin əlavə olunacağını bildiriblər.

GSK-nın baş direktoru Emma Walmsley deyib ki, iki şirkətin elmi təcrübəsi və texnologiyasını birləşdirməsi təsirli COVID-19 peyvəndi hazırlanmasını daha da sürətləndirəcək.

Peyvəndin bu ilin ikinci yarısında ilkin klinik sınaqlara başlanacağı bildirilir/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər