Azərbaycanda karantin rejimi uzadılacaq - Rəsmi açıqlama
Tarix: 15-04-2020 17:43 | Bölmə: Gündəm
Azərbaycanda karantin rejimi uzadılacaq - Rəsmi açıqlama

"Bu gün Azərbaycanda görülən tədbirlər və tibb işçilərinin fədakarlığı nəticəsində sağalma faizi dünya ölkələri ilə müqayisədə yüksəkdir".

Reyting.az
 xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda koronavirusdan sağalma 25 faiz təşkil edir.

R. Bayarmlı deyib ki, aprelin 20-də başa çatacaq karantin rejiminin uzadılması gündəmdədir: "Biz müvafiq qurumlarla bağlı vəziyyəti analiz edib, Nazirlər Kabineti yanında Operativ Qərargaha karantin rejiminin uzadılması və bu rejimin nə zaman tədricən aradan qaldırılması ilə bağlı müraciət edəcəyik. Ümumi vəziyyət onu göstərir ki, karantin rejiminin uzadılmasına zərurət var".

Hökumət sözçüsü İbrahim Məmmədov isə deyib ki, karantin rejiminin tətbiqi, vəziyyətə ciddi yanaşılması nəticəsində hazırda ölkədə virusun kütələvi yayılmasının qarşısını almağa hesablanıb və bu, öz bəhrəsini də verir: "Odur ki, biz karantin rejiminin ləğvinə ciddi yanaşmalıyıq. Bu,mərhələli şəkildə, situasiyaya uyğun qərar əsasında həll olunacaq".(Mia.az)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər