Azərbaycan və Rusiya Baş Nazirləri koronavirusla mübarizəni müzakirə ediblər
Tarix: 17-04-2020 22:15 | Bölmə: Gündəm
Azərbaycan və Rusiya Baş Nazirləri koronavirusla mübarizəni müzakirə ediblər

Azərbaycan və Rusiya Baş Nazirləri Əli Əsədov və Mixail Mişustin arasında telefon danışığı olub.

“RİA Novosti” xəbər verir ki, Hökumət başçıları koronavirusun yayılması təhlükəsi ilə bağlı vəziyyəti müzakirə ediblər.

“Hökumət başçıları, Rusiyada və Azərbaycanda koronavirus infeksiyasına qarşı mübarizə və iqtisadiyyatı dəstəkləmək üçün görülən tədbirləri müzakirə ediblər”, deyə məlumatda bildirilir.

Mişustin və Əsədov, həmçinin iki ölkə arasında iqtisadi-ticarət əməkdaşlığının aktual məsələlərinə toxunublar/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər