Spiker keçmiş icra başçısı ilə deputatın oğlanlarını da vəzifədən azad edib
Tarix: 18-04-2020 15:48 | Bölmə: Gündəm
Spiker keçmiş icra başçısı ilə deputatın oğlanlarını da vəzifədən azad edib

Milli Məclisdə kadr islahatları davam etdirilir.

Reyting.az
"Report"a istinadla xəbər verir ki, parlamentin İnzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati qanunvericilik sektorunun müdiri Elmir Vəliyev vəzifəsindən azad edilib.

Qeyd edək ki, Elmir Vəliyev Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin oğludur.

Bundan əlavə, Yevlaxın deputatı İlham Məmmədovun oğlu Tural Məmmədov da Milli Məclisin Aparatındakı işindən kənarlaşdırılıb.

Xatırladaq ki, İ.Məmmədovun Gəncə və Yevlaxın sabiq icra başçısı Elmar Vəliyevin sadiq kadrlarından olması sirr deyil.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər