Azərbaycan-İran, Azərbaycan-Gürcüstan sərhədləri mayın 4-də açılacaq
Tarix: 18-04-2020 20:44 | Bölmə: Gündəm
Azərbaycan-İran, Azərbaycan-Gürcüstan sərhədləri mayın 4-də açılacaq

Xüsusi karantin rejiminin müddətinin uzadılması ilə əlaqədar Azərbaycan-İran sərhədinin mayın 4-dək bağlı saxlanılmasına qərar verilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Reyting.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 aprel tarixli Qərarına əsasən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2020-ci il 4 may saat 00.00-dək uzadılıb: "Bununla əlaqədar Azərbaycan Respublikasının İran İslam Respublikası ilə dövlət sərhədinin müvəqqəti bağlı saxlanılması barədə qərarın müddəti 2020-ci il 4 may saat 00.00-dək uzadılıb".

Bundan əlavə, Baş Nazir Əli Əsədovun sərəncamına əsasən, Azərbaycan Respublikası ilə Gürcüstan arasında da dövlət sərhədinin müvəqqəti bağlı saxlanılması barədə qərarın müddəti 2020-ci il 4 may saat 00.00-dək uzadılır.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər