Azərbaycan Ordusundan tərxis başlayıb
Tarix: 20-04-2020 11:28 | Bölmə: Gündəm
Azərbaycan Ordusundan tərxis başlayıb

Bu gündən etibarən Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılmasına başlanıb.

Reyting.az
Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, nazir Zakir Həsənovun tapşırığına əsasən, ehtiyata buraxılacaq şəxsi heyət Müdafiə Nazirliyinin nəqliyyat vasitələri ilə mütəşəkkil qaydada müəyyən edilmiş marşrutlar üzrə şəhər və rayonlara çatdırılacaq.

"Qeyd edək ki, xüsusi karantin rejiminin tələbləri (mülkiyyət növündən asılı olmayaraq, ölkə üzrə rayon və şəhərlərarası sərnişindaşıma fəaliyyəti dayandırılsın) nəzərə alınmaqla ordu sıralarından tərxis prosesinin aprelin 20-dən 25-dək həyata keçirilməsi planlaşdırılır", - nazirlikdən bildirilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}